Arizona ştatında təhlükəli yük daşıyan qatar relsdən çıxıb
Bakı, 16 mart, AZƏRTAC
ABŞ-nin Arizona ştatında təhlükəli material daşıyan qatar qəzaya uğrayıb.
AZƏRTAC “The New York Times” qəzetinə istinadla xəbər verir ki, bu barədə Mohave dairəsinin polis orqanları məlumat yayıb. Məlumata görə, hadisə martın 15-də axşam saatlarında Nevada və Kaliforniya ştatlarının sərhədi yaxınlığında yerləşən Topok şəhəri rayonunda qeydə alınıb.
Qatarın hansı materiallar daşıdığı açıqlanmır.
Xatırladaq ki, bu, son ayda Birləşmiş Ştatlarda təhlükəli yük daşıyan qatarların qəzaya uğraması ilə bağlı ilk hal deyil. Belə ki, martın 4-də “Norfolk Southern” nəqliyyat kompaniyasının kimyəvi maddələr daşıyan yük qatarı Ohayo ştatının Klark dairəsində relsdən çıxmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]