Arpa biçini davam edir - 36148 hektar sahədən 102032 ton məhsul yığılıb
Bakı, 3 iyun, AZƏRTAC
Respublikada arpa biçini davam edir. İyunun 3-nə olan operativ məlumata görə, artıq 36148 hektar sahədə biçin başa çatıb. Sahələrdən 102032 ton məhsul yığılıb. Hazırda arpa üzrə orta məhsuldarlıq 28,2 sentner təşkil edir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın 35 rayonunda gedən arpa biçini prosesinə 1139 kombayn cəlb olunub. Bunlardan 403-ü “Aqroservis” ASC-nin rayon bölmələrində olan kombaynlardır. “Aqroservis” ASC tərəfindən biçin zonasına digər rayonlardan 183 kombayn dislokasiya edilib. Arpa biçinində fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 553 kombayn da iştirak edir. İndiyədək “Aqroservis” ASC-nin kombaynları tərəfindən 21402 hektar, fiziki və hüquqi şəxsləri kombaynları tərəfindən isə 14746 hektar sahədə biçin aparılıb.
Azərbaycanda kütləvi taxıl biçini iyunun ikinci ongünlüyündə başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]