“Artilleriya atəşinin ustaları” beynəlxalq müsabiqəsinin püşkatma mərasimi olub
Bakı, 1 avqust, AZƏRTAC
“Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində Qazaxıstanda keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsinin püşkatma mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, püşkatmada iştirak edən artilleriyaçılarımız təhlükəsizlik qaydaları, yarışların xüsusiyyətləri, keçirilmə şərtləri, atəş və döyüş hazırlığı tapşırıqlarının yerinə yetirilmə hədləri, eləcə də poliqonun maddi-texniki bazası ilə tanış olublar.