“Artilleriya atəşinin ustaları” müsabiqəsində komandamız gecə atışları icra edib
Bakı, 27 avqust, AZƏRTAC
“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsi davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, doqquz ölkənin iştirak etdiyi müsabiqənin növbəti mərhələsində tapşırıqlar gecə vaxtı icra edilib.
Bu mərhələdə komandalar zirehli döyüş maşınlarında gecəgörmə cihazlarından istifadə etməklə marşrut üzrə təyin olunan müxtəlif maneələri dəf edib, həmçinin işıqlandırılan hədəflərə minaatanlar, qumbaraatanlar və avtomatlardan atəş açıblar.
Hərbçilərimiz bu mərhələdə də bütün hədəfləri sərrast atəşlə məhv edib.
İkinci mərhələnin nəticələrinə görə Qazaxıstan birinci, Rusiya ikinci, Azərbaycan artilleriyaçıları isə üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, “Artilleriya atəşinin ustaları” müsabiqəsi üç mərhələdən ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [10:18]
HHQ-də zabit təkmilləşdirmə kursunu bitirənlərə sertifikatlar təqdim edilib
- 07.06.2026 [12:33]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 03.06.2026 [18:29]
Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub
- 03.06.2026 [17:17]
DSX-nin Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir
- 02.06.2026 [19:54]
Müdafiə naziri Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub
- 31.05.2026 [14:37]