Arvadını öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib
Bakı, 10 mart, AZƏRTAC
Şəmkir rayonunun Könüllü kənd sakini Aynurə Orucovanın ötən il dekabrın 7-də öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ibtidai istintaqla Mahəddin Atakişiyevin aralarında yaranmış mübahisə zamanı arvadı Aynurə Orucovaya bıçaqla xəsarətlər yetirərək qəsdən onu öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Toplanmış sübutlar əsasında Mahəddin Atakişiyevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:07]
Məhərrəm ayının başlanacağı tarix açıqlanıb
- 11.06.2026 [13:29]
Yunanıstan səfiri “ASAN xidmət”də
- 11.06.2026 [12:43]
Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
- 11.06.2026 [12:31]