Azərbaycan Dövlət İnformasiya Agentliyi

ASA: Cari ildə sığorta yığımlarının ÜDM-dəki payı 1 faizi ötəcək - MÜSAHİBƏ

ASA: Cari ildə sığorta yığımlarının ÜDM-dəki payı 1 faizi ötəcək -  MÜSAHİBƏ

Bakı, 4 dekabr, AZƏRTAC

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) daha bir ili geridə qoyur. Ötən hesabat ilində sığorta sektoru bir çox yeniliklərlə yadda qalıb. Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev il ərzində sığorta bazarında əldə edilən nailiyyətlər, 2023-cü ilin sığorta sektoruna təsirləri, növbəti il üçün gözləntilərlə bağlı AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Yerli sığorta bazarı 2023-cü ili necə başa vurur? Cari ilin əvvəlində verilmiş proqnozlar əldə olunan nəticələrdə nə dərəcədə özünü doğrultdu?

- Tam əminliklə və qürur hissi ilə deyə bilərəm ki, yerli sığorta bazarı 2023-cü ildə də davamlı böyümə və dayanıqlı inkişaf tempini qoruyub saxlaya bildi. Bu böyümə və fundamental inkişafda sektora nəzarətedici orqan olan Azərbaycan Mərkəzi Bankı başda olmaqla sektorun bütün peşəkar iştirakçıları aktiv və məhsuldar rol oynadı. Böyümə və inkişaf tendensiyasını Mərkəzi Bank tərəfindən sektorla bağlı açıqlanmış icmal göstəricilərində daha aydın görə bilərik. Sığorta yığımları ilk dəfə 1 milyard manatı ötdü. Belə ki, bu günə olan və cari ilin yanvar-oktyabr aylarını əhatə edən sığorta icmalına görə, yerli sığorta bazarı 1 milyard 19 milyon 745 min manat sığorta yığımı təmin edə bilib ki, bu da 2022-ci ilin analoji dövrü ilə müqayisədə 222.1 milyon manat çoxdur. Yəni yerli sığorta bazarı hesabat dövrü ərzində 28 faiz böyüyüb. Cari ilin 10 ayı ərzində baş vermiş sığorta hadisələrinə görə həyata keçirilmiş ödənişlərdə də artım qeydə alınıb. Belə ki, icmala görə, hesabat dövründə 455 milyon manat sığorta ödənişi edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 95.7 milyon manat çoxdur. Bura qədər olan cari nəticələr onu deməyə əsas verir ki, sığorta xidmətlərinə maraq və müraciət aktivliyi tədricən və mərhələli şəkildə formalaşmaqdadır ki, bu da sığortadan faydalananların sayında artım nəticəsi ilə özünü büruzə verir. Sevindirici haldır ki, cari ilin 10 aylıq hesabat dövründə qeydə alınmış böyümədə bütün sığorta növləri kompleks şəkildə aktiv rol oynayıb. Yığımlardakı payı daha böyük olan və bilavasitə hesabat dövrü üzrə ən çox müraciət olunan sığorta növləri Həyatın yaşam sığortası (98 milyon manat böyümə ilə), Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (44 milyon manat böyümə ilə), Daşınmaz əmlakın icbari sığortası (23 milyon manat böyümə ilə), Əmlakın yanğından və digər risklərdən sığortası (12.5 milyon manat böyümə ilə), İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta (8 milyon manat böyümə ilə), Kasko (7.8 milyon manat böyümə ilə) və Könüllü tibbi sığorta (7.5 milyon manat böyümə ilə) növləri olub.

- 2023-cü il sektor üçün nə kimi islahatlarla yadda qaldı? Hansı yeniliklərlə sektorun inkişafına təkan verildi?

- İslahat tədbirləri 2023-cü ildə də davam etdirildi. Xüsusilə də Mərkəzi Bankın uğurlu tənzimləmə və nəzarət siyasəti, o cümlədən sektorun bütün peşəkar iştirakçılarının aktiv təşəbbüskarlığı bir çox ilklərə və yeniliklərə səbəb oldu. Cari ildə Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növünün tam elektronlaşdırılması prosesi başa çatdı və artıq hər bir avtonəqliyyat vasitəsi sahibi, avto-icbari sığorta məhsulu satışı üzrə lisenziyaya malik istənilən qeyri-həyat sığorta şirkətinin rəsmi veb-saytına daxil olmaqla heç bir maneəsiz və vaxt itirmədən sığortalana bilir. Bu, sığorta xidmətlərinə əlçatanlığın təmin olunması yönündə həyata keçirilmiş əsaslı bir islahat olaraq yadda qaldı. Daşınmaz əmlak sığortası üzrə nəzarət mexanizmi yaradıldı Daha sonra, uzun zamandır həllini gözləyən böyük bir məsələnin sektor iştirakçıları tərəfindən yüksək peşəkarlıqla təşkilinə şahidlik etdik ki, bu da daşınmaz əmlakların sığortası ilə bağlı idi. Bildiyiniz kimi, bir müddət idi ki, Daşınmaz əmlakın icbari sığortası üzrə nəzarət mexanizminin olmaması bu növ üzrə penetrasiyanın yüksəlməsinə əsaslı maneələr yaradırdı. Bu maneə də məhz 2023-cü ildə aradan qaldırıldı. Belə ki, cari ilin iyunun 1-dən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İcbari Sığorta Bürosu arasında elektron informasiya inteqrasiyası prosesi yekunlaşdı və həmin tarixdən etibarən Daşınmaz əmlakın icbari sığortası və Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası növləri üzrə şəhadətnamələr kağız daşıyıcıdan elektron formaya keçirildi. Bununla da adıçəkilən sığorta növləri üzrə uzun zamandır gözlənilən nəzarət mexanizmi formalaşdırımış oldu. Sığorta maarifləndirməsi layihəsi davam etdiriləcək. Bildiyiniz kimi, 2020-ci ildə Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında “Sığorta savadlığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum imzalanıb. Müvafiq memoranduma əsasən, 2021-ci ildən etibarən ölkədə ümumrespublika səviyyəsində sığorta maarifləndirməsi layihəsinə start verilib. 3 illik strategiyanı özündə ehtiva edən layihənin ilk mərhələsində, yəni 2021-ci ildə əhalidə daha çox risk fərqindəliyinin formalaşdırılması, 2022-ci ildə isə əsasən, sığorta növlərinin təbliği başlıca mövzu istiqamətləri oldu. 2023-cü ildən geniş əhali qrupları müxtəlif kommunikasiya kanalları vasitəsilə sığortanın üstünlükləri və qazandırdığı dəyərlər barədə məlumatlandırıldılar. Layihə çərçivəsində işlərin 360° marketinq strategiyasına əsaslanmaqla təşkili layihənin geniş trayektoriyanı əhatə etməsinə və nəticələrin daha sürətli əldə edilməsinə zəmin yaratdı. Heç təsadüfi deyil ki, bu addımlar nəticəsində 2021-ci ildə sığorta bazarı 16 faiz, 2022-ci ildə isə 18 faiz böyüdü. Cari ilin 10 ayının nəticələrinə görə isə yerli bazarda 28 faiz böyümə qeydə alınıb. Əldə olunan bu uğurlu nəticələr layihənin növbəti illər ərzində də davam etdirilməsinin vacibliyini və məqsədəuyğunluğunu ortaya çıxarır. Çünki maarifləndirmədə davamlılıq başlıca amildir. Əgər daha böyük və dayanıqlı artımı hədəfləyiriksə maarifləndirmə işindən yorulmamalıyıq.

Cari ildə həyata keçirilən islahatlar bununla yekunlaşmır. İl ərzində həyata keçirilən islahatlar sığorta xidmətləri ilə yanaşı, həm də sektorda kadr potensialının möhkəmləndirilməsinə yönəlmişdi. Belə ki, sığortada vacib əhəmiyyət kəsb edən ən önəmli istiqamətlərdən biri aktuari peşəsidir. Bu gün sığorta sektoru inkişaf etmiş əksər ölkələrdə olduğu kimi Azərbaycanda da aktuari peşəsinə sahib olan kadrlara böyük ehtiyac var. Bu ehtiyac həm mövcud aktuarilərin peşəkarlıq səviyyələrinin yüksəldilməsi, həm də yeni aktuarilərin yetişdirilməsi ilə bağlıdır. Belə ki, bununla əlaqədar olaraq, Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Sığortaçılar Assosiasiyası nüfuzlu Türk Sığorta İnstitutu Vəqfi ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə “Aktuari İnkişaf Proqramı”nı həyata keçirir. Proqram çərçivəsində yetişdirilməkdə olan yeni aktuarilər növbəti mərhələdə sığorta şirkətlərində işlə təmin olunacaq və sektorun aktuarilərlə bağlı ehtiyacı təmin olunmuş olacaq. Bununla paralel olaraq, Azərbaycan Sığortaçılar Assosiasiyasının nəzdində fəaliyyət göstərən ASA Tədris Mərkəzinin xətti ilə cari ildə sektorda həm kadrların peşəkarlığının artırılması, o cümlədən müxtəlif sığorta növləri üzrə akademik və nəzəri ixtisaslaşmanın təmin olunması məqsədilə 10-a yaxın təlim təşkil olunub.

Bundan əlavə, Azərbaycanda əhalinin və biznesin müxtəlif xarakterli risklərə qarşı müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Sığortaçılar Assosiasiyası və Azərbaycan Banklar Assosiasiyası tərəfindən genişmiqyaslı intensiv əməkdaşlıq platforması formalaşdırılıb. Yeni əməkdaşlıq platforması bank müştərilərinin həyatı, sağlamlığı və əmlakı ilə bağlı mövcud olan risklərə qarşı sığorta təminatının genişləndirilməsi, bu məqsədlə müştərilərə dəyər qazandıran sığorta məhsullarının birgə inkişaf etdirilməsini və müştərilərə təqdim edilməsini nəzərdə tutur. Bununla əlaqədar olaraq da cari ildə ASA ilə ABA arasında qarşılıqlı əməkdaşlıq təşkil olundu. Cari ildə qazandığımız daha bir uğur isə onunla bağlı oldu ki, Azərbaycanın sığorta sektoru dünyada ilk dəfə ölkəmizdə “Sığorta Festivalı”nın keçirilməsinə nail oldu. Festival, paytaxt Bakı şəhəri də daxil olmaqla respublikamızın 10 ən böyük şəhərində təşkil edildi və əhaliyə əyləncəli oyunlar, müsabiqələr və musiqili şou-proqramlar vasitəsilə sığorta maarifləndirməsi işi aparıldı. Bu, bizim üçün bir ilk idi və bu təcrübə bizə göstərdi ki, bu kimi festivallar əhalinin maariflənməsi və bilgilənməsi baxımından yüksək effektivliyə malikdir. 2024-cü ildə Azərbaycan beynəlxalq sığorta forumu keçiriləcək. Bildiyiniz kimi, 2020-ci ilə qədər hər il Azərbaycanda beynəlxalq sığorta forumu təşkil olunurdu. Lakin 2020-ci ildən bütün dünyanı öz cənginə alan COVID-19 pandemiyası bir çox layihələrdə olduğu kimi bu forumun da müvəqqəti dayanmasına səbəb oldu. Lakin biz 2024-cü ildə ölkəmizdə beynəlxalq sığorta forumu ənənəsini yenidən bərpa edəcəyik. Bu forumda yerli sığortaçılarımızın dünya sığorta bazarları ilə birbaşa kommunikasiyası güclənəcək və ələlxüsus dünya sığortaçıları sektorumuzla yaxından tanış olmuş olacaqlar.

- Sığorta bazarının beynəlxalq əlaqələri istiqamətində nə kimi yeniliklər qeydə alındı?

- Hər bir sahədə olduğu kimi sığorta sektorunda da beynəlxalq əlaqələrin doğru formalaşdırılması və dünya trendlərinin mütəmadi olaraq izlənməsi inkişafı dəstəkləyən başlıca amillərdəndir. Bu istiqamətdə Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq hələ 2020-ci ildən qurmuş olduğumuz beynəlxalq əlaqələri bu gün də uğurla davam etdiririk. Türk Dünyası Sığorta Birliyi TDT-nin himayəsinə daxil ediləcək. Bildiyiniz kimi, Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Türkiyə Sığorta Birliyi (TSB) arasında 2020-ci ilin noyabr ayının 24-ü ilk dəfə rəsmi olaraq qarşılıqlı əməkdaşlıq əlaqələri quruldu. Bu əlaqələr növbəti illərdə də sürətlə inkişaf etdi və məhz ASA ilə TSB-nin birgə təşəbbüsü və ortaq razılığı ilə 2022-ci ilin 24 may tarixində Türkiyənin İstanbul şəhərində keçirilən sığorta zirvəsi toplantısında Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın sığorta birliklərinin rəhbərlərinin iştirakı ilə dünyada ilk dəfə Türk Dünyası Sığorta Birliyi təsis edildi. Elə həmin il tərəfimizdən Birliyin Yol xəritəsi hazırlandı və üzv ölkələrlə razılaşdırıldı. Sevindirici haldır ki, məhz bundan sonra 2023-cü ildə Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən assosiasiyamıza, habelə digər üzv ölkələrə müraciət ünvanlanaraq Türk Dünyası Sığorta Birliyinin növbəti mərhələdə TDT-nin himayəsinə daxil edilməsi təklif olundu. Bununla əlaqədar olaraq, ASA-nın bilavasitə nəzarəti ilə üzv ölkələrdə rəsmi prosedurun icrası realizə olunmağa başlandı və proses bu gün də davam edir. Bildiyiniz kimi, Türk Dövlətləri Təşkilatı üzv ölkələrdən əlavə, həm də müşahidəçi ölkələrdən ibarətdir. Məhz bu məqsədlə ASA-nın təşəbbüsü ilə TDT-nin müşahidəçi ölkələrinin sığorta birliklərinin Türk Dünyası Sığorta Birliyinə müşahidəçi təşkilatlar olaraq cəlb olunması ideyası təklif olunub və bu istiqamətdə addımlar atılmağa başlandı. Hesab edirəm ki, artıq 2024-cü ilin birinci yarısına qədər biz Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının sığorta birliklərini Türk Dünyası Sığorta Birliyinə müşahidəçi təşkilatlar olaraq cəlb edəcəyik. Məlumdur ki, ASA həm də Ümumrusiya Sığortaçılar İttifaqı ilə də qarşılıqlı əməkdaşlıq edir. Assosiasiyasımızın həm Türkiyə, həm də Rusiya ilə qurduğu əməkdaşlıq çərçivəsində cari ildə yerli sığortaçılar hər iki ölkəyə işgüzar səfərlər edərək o ölkələrin sığortada zərərlərin vahid sistem üzərində tənzimlənməsi və qiymətləndirilməsi təcrübəsini öyrənmişlər.

- Cari ilin sonuna olan proqnozlarınız və 2024-cü ildən gözləntiləriniz nələrdir?

- 2023-cü ili sektorda uğur və böyümə kimi müsbət məqamlarla başa vururuq. Cari ildə sığorta bazarının təmin edəcəyi ümumi yığımla bağlı proqnozumuz o yöndədir ki, bu il yerli sığorta bazarında qeydə alınacaq böyümə 28 faizdən çox ola bilər. Bununla da sığorta yığımlarının ÜDM-dəki payı 1 faizi ötəcək. İstər yığımların 1 milyard manatdan yüksək olması faktı, istərsə də ÜDM-dəki payımızın 1 faizi ötməsi milli sığorta tariximizdə qürurverici bir ilkdir. 2020-ci ildən təmin edilən, növbəti illərdə də bir tendensiya kimi davam etdirilən, cari ildə də daha böyük nəticələrlə müşahidə edilən böyümə trendinin 2024-cü ildə də qeydə alınacağını əminliklə proqnozlaşdırmaq istəyirəm. Çünki Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və sığorta bazarının digər peşəkar iştirakçıları sektorun inkişafına hesablanan hədəflərə doğru sürətlə və sistemli addımlarla irəliləyirlər. Digər dünya dövlətləri üçün də, Azərbaycan üçün də sığorta ilə bağlı fikirlər dəyişməzdir - sığorta mədəniyyətdir, insanları yetkinləşdirən bir mədəniyyət! Sığorta sağlam düşüncədir - risklərə və ətraf mühitə qarşı etinalı sağlam düşüncə! Sığorta qovşaqdır - riskləri, insanları və hətta dövlətləri birləşdirən bir qovşaq! Və bütün bu dəyər yüklü reallıqlar fonunda unutmamalıyıq ki, güclü sığorta güclü iqtisadiyyat, güclü iqtisadiyyat isə güclü dövlət deməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar

“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Səbinə Əliyeva: BMT ilə insan hüquqları sahəsində əməkdaşlığın inkişafı vacibdir

ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir

Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub VİDEO

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür VİDEO

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür VİDEO

Rəşad Həsənov: Orta Dəhlizin imkanları genişləndirilir

Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçilib

Nazir: Azərbaycan ilə Böyük Britaniyanın tranzit yükdaşımalarının həcmi 14 faiz artıb

Nazir müavini: Azərbaycanın nəqliyyat və rəqəmsal imkanları vahid bağlantılılıq konsepsiyasında birləşir

Tbilisidə nazirlər səviyyəsində dialoq: iqlim investisiyaları və regional əməkdaşlıq

Strateji neft ehtiyatlarının azalması qiymətlərin 100 dollardan yuxarı qalacağını deməyə əsas verir

“E-Bələdiyyə” tətbiqi istifadəyə verilib

Beynəlxalq Astronavtika Konqresində “Sülh üçün Kosmos-Antalya Deklarasiyası” qəbul edilib

Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb

19 yaşlı müəllim Fidan Əliyeva: İnsan özünü işində göstərdikcə yaş məsələsi tədricən arxa plana keçir

Müəyyən dövlət müəssisələrinin birbaşa özəl kapitala açılması hədəflənir

Rusiyanın Qara dənizdə mülki gəmiyə hücumu nəticəsində ölən və yaralananlar var

Azərbaycan İstanbul İqtisadi Forumunda təmsil olunacaq

“Bakıya uçuş. İncəsənət həftəsonu”: İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir

“YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” - DİA-da dəyirmi masa

Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir

Doqquz ayda dəmir yolları ilə 8,5 milyonadək sərnişin daşınıb

Azərbaycan Standartlaşdırma İnstitutu və Türkiyə Standartlar İnstitutu 2026-2027-ci illər üçün Fəaliyyət Planı imzalayıb

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

QHT sədri: 2027-ci il sosial siyasətdə yeni mərhələnin başlanğıcı olacaq

Qazaxıstan Oman limanları vasitəsilə ticarət dəhlizini inkişaf etdirmək niyyətindədir

Professor: Sülh sazişləri təkcə beynəlxalq hüquqa deyil, həm də dövlətlərin konstitusion sistemlərinə əsaslanır

Elza Səmədova: Builki Astronavtika Konqresində 87 tələbəmizin məqaləsi “Scopus Index” bazasına daxil edilib

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Səudiyyəli yazıçı: Ədəbiyyat yalnız kitab deyil, cəmiyyətləri birləşdirən yumşaq gücdür –MÜSAHİBƏ

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

Fransa yüksək faizlərin təzyiqi altındadır

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO