ASAN könüllüləri gənclər və idman naziri ilə görüşüblər
Bakı, 5 mart, AZƏRTAC
ASAN könüllüləri gənclər və idman naziri Fərid Qayıbov ilə görüşüblər. 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş görüş “Bədən tərbiyəsi və idmanın gənc nəslin mənəvi və fiziki inkişafı üçün əhəmiyyəti” mövzusuna həsr olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, “ASAN Könüllülərinin Diskussiya Platforması” layihəsi çərçivəsində keçirilən görüşdə Fərid Qayıbov gənclərin həyatında idmanın rolundan, idman sahəsində əldə olunan nailiyyətlər və gənclərin inkişafı üçün yaradılan imkanlardan söz açıb, könüllülərə tövsiyələrini verib.
Görüş sual-cavab və müzakirələrlə davam edib.
Tədbirdə peşəkar və həvəskar idmanla məşğul olan, idman sahəsində nailiyyətləri olan ASAN Könüllüləri iştirak ediblər.