“ASAN xidmət” işçilərinin peşə bayramı təsis edilib
Bakı, 29 dekabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev “ASAN xidmət” işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən hər il dekabrın 29-u Azərbaycan Respublikasında “ASAN xidmət” işçilərinin peşə bayramı günü kimi qeyd ediləcək.