ASCO yükdaşıma xidmətlərindən istifadə etmək istəyən sahibkarlar “Bakı KOB evi”nə müraciət edə bilərlər
Bakı, 24 fevral, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) yükdaşıma xidmətlərindən istifadə etmək istəyən sahibkarlar “Bakı KOB evi”nə müraciət edə bilərlər.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, KOB evində ASCO tərəfindən sahibkarlara sifarişlərin qəbulu, onların icrası ilə bağlı əlaqələndirmə və məlumatlandırma xidmətləri göstərilir.
Qeyd edək ki, “Bakı KOB evi” sahibkarlara biznesə dair dövlət və özəl qurumlar tərəfindən müxtəlif xidmətlərin göstərildiyi vahid məkandır. Hazırda KOB evində 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahibkarlara 250-dən çox xidmət göstərilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:23]
Üçüncü rübdə Energetika Nazirliyi tərəfindən 149 icazə verilib
- 08.10.2026 [14:02]
Çindən Azərbaycana dəmir yolu ilə daşınan blok-qatarların sayı 40 faiz artıb
- 08.10.2026 [14:02]