ASİYA İNKİŞAF BANKI GÖYÇAYA KREDİT AYIRACAQ
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, bankın əməkdaşları şəhərin su təchizatını yaxşılaşdırmaq məqsədi ilə aparılan texniki-iqtisadi əsaslandırma işlərini artıq başa çatdırmışlar. Layihəyə görə, rayonun Potukənd ərazisində 4 artezian quyusu qazılacaq, quyuların suyunu şəhərin şimal hissəsində tikiləcək üç su anbarına nəql etmək üçün isə 4,5 kilometr uzunluğunda su xətti çəkiləcəkdir.
Şəhərdaxili su və kanalizasiya xətlərinin yeniləri ilə əvəz olunması, habelə təzə təmizləyici qurğunun tikilməsi də nəzərdə tutulmuşdur. Layihələşdirmə işləri 2004-cü ildə başa çatdırılacaqdır. 2005-2007-ci illərdə isə inşaat işlərinin həyata keçirilməsi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:33]
SOCAR: 2030-cu ilədək bərpaolunan enerjinin payı 38 faizə çata bilər
- 16.06.2026 [16:33]
Anar Kərimov: İslam İnkişaf Bankı Azərbaycanın etibarlı tərəfdaşıdır
- 16.06.2026 [16:21]