AŞPA-nın yaz sessiyası koronavirus səbəbindən təxirə salınıb
Strasburq, 4 aprel, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) aprelin 20-dən 24-dək Strasburqda keçirilməsi nəzərdə tutulan yaz sessiyası COVID-19 pandemiyasına görə ləğv olunub.
AZƏRTAC xəbər verir ki, AŞPA-nın prezidenti Rik Daems bu qərarı qəbul etməzdən əvvəl Assambleyanın Büro üzvləri ilə məsləhətləşib. Assambleya bu qərarı deputatların, sessiyaya dəvət edilmiş şəxslərin və Assambleyanın inzibati heyətinin təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edib.
Qeyd edək ki, Assambleya mart və aprel aylarındakı digər komitə iclaslarını da təxirə salıb.
2020-ci il iş planına adaptasiya etmək üçün müstəsna tədbirlər təklif olunacaq.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq