Astanada Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın 20-ci iclası keçiriləcək
Bakı, 4 mart, AZƏRTAC
Martın 5-də Qazaxıstanın paytaxtı Astana şəhərində Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 20-ci iclası keçiriləcək.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasda ölkəmizi komissiyanın həmsədri nazir Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.
İclas çərçivəsində Hökumətlərarası Komissiyanın 19-cu iclasından ötən dövr ərzində görülmüş işlərin nəzərdən keçirilməsi, ticarət-iqtisadi, energetika, sənaye, tikinti, nəqliyyat və logistika, ekologiya, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, təhsil, səhiyyə, gənclər siyasəti və digər sahələrdə əməkdaşlığa dair müzakirələrin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, Qazaxıstan tərəfdən komissiyanın həmsədri nəqliyyat naziri Marat Karabayevdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:40]
OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb
- 13.10.2026 [16:22]
Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib
- 13.10.2026 [16:20]
Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlirlər 4 faiz artıb
- 13.10.2026 [15:33]
Azərbaycan və Çexiya Orta Dəhlizin təşviqi məsələlərini nəzərdən keçirib
- 13.10.2026 [15:28]