ASTARADA TİCARƏT MƏRKƏZİ TİKİLİR
Astara şəhərində ticarət mərkəzinin tikintisinə başlanmışdır.
AZƏRTAC-ın müxbirinin aldığı məlumata görə, “Fortuna-4” kiçik müəssisəsi tərəfindən inşa olunan ticarət mərkəzi 10 min kvadratmetr sahəni əhatə edir. Burada dörd anbar və 200-dən çox mağaza yerləşəcəkdir. 2004-cü ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulan mərkəzdə 500 nəfər işlə təmin olunacaqdır.