ASTARADA XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ XATİRƏ GECƏSİ KEÇİRİLMİŞDİR
Tədbir iştirakçıları soyqırımı qurbanlarının xatirəsini birdəqiqəlik sükutla anmışlar.
Toplantıda çıxış edənlər 14 il əvvəl Azərbaycanın tarixinə qanla yazılan Xocalı faciəsinin dəhşətlərindən söhbət açaraq, bu faciəni erməni işğalçılarının bəşəriyyətə qarşı törətdikləri görünməmiş cinayət kimi qiymətləndirmiş, düşmən tapdağı altında olan torpaqlarımızın Prezident İlham Əliyevin səyləri ilə tezlikliklə geri alınacağını, vətənlərində qaçqın və məcburi köçkün həyatı yaşayan həmvətənlərimizin doğma torpaqlarına qayıdacaqlarını bildirmişlər.
Mərasim iştirakçıları kitabxananın oxu salonunda Xocalı soyqırımına həsr edilmiş kitab sərgisi ilə tanış olmuşlar.