Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ata xeyir-duası ilə başlanan sənət yolu - gənc tenor Səməd Novruzovun hekayəsi

Ata xeyir-duası ilə başlanan sənət yolu - gənc tenor Səməd Novruzovun hekayəsi

Bakı, 3 dekabr, AZƏRTAC

“Oxu, Səməd, oxu, səndə çox gözəl alınır”, - deyə Əbülqasım oğluna ürək-dirək verib. Səməd atasının bu sözlərindən sonra bir az da ürəklə klassik musiqini öyrənməyə başlayıb, məşhur ifaçıları dinləyib. Bəlkə də, onun klassik musiqiyə gəlişi elə bu dəstəkdən sonra başlayıb.

“Adətən, gənclər klassik musiqiyə o qədər də maraq göstərmirlər”, - deyə Səməd Novruzov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyir: “Məndə isə tamam əksinə olub. Əlbəttə, mən bunu Şuşadan olmağımla əlaqələndirmirəm, çünki mən heç oranı görməmişəm. Amma atamda həmin musiqilərə qarşı böyük məhəbbət var idi. O, həmişə evdə simfonik musiqilərə, Bülbül, Müslüm Maqomayev, Rəşid Behbudov, Lütfiyar İmanov və Yusif Eyvazovun ifalarına qulaq asır, məni də həvəsləndirirdi.

Amma auditoriya qarşısında, səhnədə ilk ifam orta məktəb illərində olub. Bir dəfə sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı respublika xüsusi internat məktəbinin həyətində sinif yoldaşlarımla oturub söhbətləşir, arada zümzümə edir, mahnı oxuyurduq. Necə olubsa, həmin vaxt məktəbdə tədbirlərin təşkilatçısı olan Xoşqədəm Mehdiyeva yanımızdan keçəndə səsimi eşidib. Bundan sonra o, məni çağırıb məktəbdəki tədbirdə ifa edəcəyimi dedi”.

Həmin ifadan sonra məktəbin direktoru İradə Vəzirova Səmədi Rusiyanın NTV kanalı ilə yayımlanan “Tı super” verilişində iştirak etmək üçün göndərib. Təəssüf ki, bu sahədə ilk addımlarını atan Səməd həmin verilişdə laureatlar sırasına düşə bilməyib. Bir il sonra Moskvada “Belaya trost (Ağ əsa)” festivalında iştirak edərək diploma layiq görülüb.

Orta məktəbi qurtarandan sonra Bakı Musiqi Akademiyasına imtahan verib. Qabiliyyət imtahanı zamanı qədim ariya, romans və ya xalq mahnısı ifa edib. Abituriyentlər arasında ifaçılığı 10 balla qiymətləndirilən iki-üç nəfərdən biri də Səməd olub. Onun istedadını görən Xalq artisti Xuraman Qasımova Səməd Novruzovu öz sinfinə qəbul edib.

Ustad vokalçıdan dərs alan Səmədin uğurları bir-birini əvəz edib: Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş gənc ifaçıların IV Respublika müsabiqəsinin qalibi, bir sıra respublika və beynəlxalq yarış və müsabiqələrin laureatı...

Opera vətənində ustad dərsləri

Ötən il COP29 çərçivəsində Yaşıl Zonanın “İncəsənət pavilyonu”nda “İnklüzivlik Günü” ilə əlaqədar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən təqdim edilən tədbirin bədii hissəsində Səməd də çıxış edir. Onun ifa etdiyi bəstəkar Lucio Dallanın “Karuzo” əsəri çox böyük maraqla qarşılanır. Gənc vokalçının çıxışı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da diqqətini çəkib və ifaçının İtaliyada təhsil alması üçün təşəbbüs göstərib.

Səməd vokal bacarıqlarını təkmilləşdirmək üçün bu il avqustun axırlarından noyabrın ortalarınadək İtaliyanın Florensiya şəhərində Sənət Akademiyasında üç ay ustad sənətkarlardan peşəkarlıq dərsi alıb. Akademiyada vokal texnikası üzrə Suzanna Riqaççidən, opera sənəti ilə əlaqədar isə Canni Giqnadan dərs alıb. Gənc vokal ifaçısı həmin təhsil ocağının tarixində ilk dəfə olaraq İtaliyanın tarixi memarlıq binası - Santo Stefano al Ponte Muzeyində iki dəfə konsert proqramı ilə çıxış edib. Tələbkar İtaliya tamaşaçıları onun ifasını yüksək dəyərləndiriblər.

O, İtaliyanın tanınmış opera müğənnisi Kiarra Panacci ilə eyni səhnəni paylaşaraq, solo və duet şəklində italyan bəstəkarlarının əsərlərindən klassik ariyaları səsləndirib. Akademiyanın digər tələbələri ilə birlikdə hesabat konsertində də yüksək peşəkarlıq və istedad nümayiş etdirib. Səmədə İtaliyadakı teatrlardan birində işləmək təklif edilsə də, o, Bakıya qayıdıb.

Gənc həmyerlimiz İtaliyadan qayıdanda opera müəllimi Canni Gianni çox mütəəssir olub və ürək sözlərini yazdığı məktubu ona verərək Bakıya qayıdandan sonra oxumağı xahiş edib. Səməd onun dediyi kimi də edib. Məktubda yazılmışdı: “Əzizim Səməd! Həyatda istedadını, emosional təmizliyini və yüksək həssaslığını qısqananlarla rastlaşacaqsan. Onlar səni fərqli görəcəklər və bunu qəbul etmək istəməyəcəklər.

...Sən öz potensialına inanmalı və heç kəsə qəlbinə şübhə toxumu səpməyə imkan verməməlisən. Zəif hesab etdiklərimiz, əslində, bizim güclü nöqtələrimizdir. Biz nə taleyin, nə də bəxtin əsiri olmamalıyıq. Biz öz həyatımızın sahibiyik. Bunu heç vaxt unutma!

Hörmət və sevgi ilə Gianni”.

Lirik tenorun yaradıcılıq axtarışları

Bir ildən artıqdır ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təlimçi işləyən Səməd ikinci qrup görmə məhdudiyyətli sayılır. Lakin fiziki keyfiyyətləri çox sevdiyi vokal sənətinin incəlikləri öyrənməkdə, öz peşəkarlığı üzərində daimi olaraq işləməkdə ona qətiyyən mane olmur.

Ötən il Bakı Musiqi Akademiyasını bitirən Səməd deyir: “Opera teatrında çalışmaq üçün vokal partiyalarını ifa etməklə yanaşı aktyorluq keyfiyyətləri də tələb olunur. Mən dirijorun çubuğunu görür, rejissorun tələb etdiyi istənilən mizan və hərəkətləri yerinə yetirə bilərəm. Məşq prosesində də özümü olduqca sərbəst hiss edirəm və fiziki keyfiyyətlərim mənə heç bir məhdudiyyət yaratmır”.

Lirik tenor Səməd Novruzov hazırda Mozart-Dolentenin “İmmagine”, Puççininin “Donna non vidi mai” ariyası, yeni romans və mahnılar üzərində işləyir.

...Səməd əslən Şuşadan olsa da, 22 yaşlı gənc məcburi köçkünlük illərində doğulub. Gənc vokalçının istedadı, sənətə olan sevgisi və öz üzərində işləmək bacarığı onun musiqi beşiyi kimi tanınan şəhərə şöhrət gətirəcəyinə böyük ümidlər verir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Natiq Əliyev: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb

Ağstafada müəllimlər arasında yarış olub

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib