“Atabank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq
Bakı, 7 yanvar, AZƏRTAC
Yanvarın 26-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Atabank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.
Fonddan AZƏRTAC-a bildirilib ki, daşınmaz əmlak Lənkəran şəhəri, Həzi Aslanov xiyabanında 0,0218 hektar torpaq sahəsində yerləşən 2 girişli, 301 kvadratmetr ümumi, 239,7 kvadratmetr əsas, 61,3 kvadratmetr köməkçi sahədən ibarət 2 mərtəbəli (ofis) qeyri-yaşayış binasıdır. Daşınmaz əmlakın ilkin satış qiyməti 600 min manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:49]
Azərbaycandan 18 milyard kubmetrdən çox təbii qaz ixrac olunub
- 15.10.2026 [13:42]
Doqquz ayda Azərbaycanda 20 milyon tonadək neft hasil edilib
- 15.10.2026 [13:24]