“Atalanta” klubu “Yuventus”u məğlub edərək ölkə kubokunun yarımfinalına yüksəlib
Bakı, 31 yanvar, AZƏRTAC
Yanvarın 30-da Futbol üzrə İtaliya kubokunun dörddəbir final mərhələsinin növbəti görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, mərhələnin gözlənilməz hesabı “Atalanta” - “Yuventus” oyununda qeydə alınıb. Matçda 0:3 hesabı ilə məğlub olan turinlilər İtaliya kubokunda mübarizəni dayandırıblar. “Atalanta”nın heyətində Tomofi Kastanye (37) və Duvan Zapata (39, 86) fərqləniblər.
Yarımfinalda “Atalanta”nın rəqibi dörddəbir final mərhələsində “Roma”nı 7:1 hesabı ilə darmadağın edən “Fiorentina” olacaq.
Xatırladaq ki, dörddəbir final mərhələsinin yanvarın 29-da keçirilən ilk oyununda “Milan” komandası “Napoli”ni 2:0 hesabı ilə məğlub edib. Dörddəbir final mərhələsinə yanvarın 31-də “İnter” - “Latsio” oyunu ilə yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]