ATƏT-İN BAKI NÜMAYƏNDƏLİYİ AZTƏMİNATLI VƏTƏNDAŞLAR ÜÇÜN MƏSLƏHƏT MƏRKƏZİ AÇMIŞDIR
ATƏT nümayəndəliyinin insan meyarları üzrə mütəxəssisi Branislav Soloviç açılış mərasimindəki çıxışında bildirdi ki, bu qurum ixtisaslı hüquqi yardım almaq imkanı olmayan şəxslərə kömək göstərilməsi layihəsi çərçivəsində yaradılmışdır. Müxtəlif ali məktəblərin hüquq fakültələrinin tələbələri bu mərkəzin fəaliyyətinə cəlb ediləcəklər. Onlar peşəkar hüquqşünasların və ali məktəb müəllimlərinin nəzarəti altında tənha valideynlərə, çoxuşaqlı ailələrə, pensiyaçılara, işsizlərə, qaçqınlara və məcburi köçkünlərə xidmət göstərəcəklər.
B.Soloviç dedi ki, yeni layihə, ilk növbədə, potensial hüquqşünaslarda əməli vərdişlərin inkişaf etdirilməsinə yönəldilmişdir. Belə ki, indiyədək gənc hüquqşünaslar yalnız ali məktəbi bitirdikdən sonra praktika keçirdilər. Məsləhət mərkəzi gələcək hüquqşünaslara Azərbaycan cəmiyyətinin demokratik inkişafı üçün öz peşəsinin əhəmiyyətini daha yaxşı dərk etməyə imkan verəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:24]
Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO
- 02.10.2026 [19:15]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]