Azərbaycan Dövlət İnformasiya Agentliyi

ATƏT-in Minsk qrupunun ləğvi Azərbaycanın diplomatik gündəliyində ən mühüm nailiyyətlərdən biridir - RƏY

ATƏT-in Minsk qrupunun ləğvi Azərbaycanın diplomatik gündəliyində ən mühüm nailiyyətlərdən biridir - RƏY

Bakı, 4 dekabr, AZƏRTAC

Azərbaycanın ATƏT-in Minsk qrupu ilə bağlı illərlə davam edən siyasi mövqeyinin reallaşması çağdaş diplomatik gündəliyin ən mühüm nailiyyətlərindən biri kimi qiymətləndirilməlidir. Minsk prosesinin və ona bağlı strukturların rəsmi şəkildə ləğv edilməsi, təkcə simvolik addım deyil, həm də regionda yeni təhlükəsizlik arxitekturasının formalaşması istiqamətində Bakının uzunmüddətli və ardıcıl siyasətinin hüquqi-siyasi təsdiqidir. Bu qərar 30 ilə yaxın davam etmiş, nəticə verməyən bir vasitəçilik modelinin tarixin arxivinə göndərilməsi, eyni zamanda, 2020-ci ildən etibarən Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqların beynəlxalq səviyyədə tanınması deməkdir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

O qeyd edib ki, Azərbaycan Minsk qrupu ilə bağlı hədəfinə nail olmaqla, postmünaqişə mərhələsində diplomatik gündəliyin ən mühüm elementlərindən birinə son qoyub. Bu, təkcə simvolik qərar deyil, eyni zamanda, Azərbaycanın bölgədə yeni təhlükəsizlik arxitekturasının formalaşdırılması və proseslərin yalnız ikitərəfli, regional əsasda həllinə üstünlük verilməsi istiqamətindəki siyasətində əldə etdiyi mühüm nəticədir: “ATƏT-in Minsk prosesi və ona bağlı strukturların rəsmi şəkildə ləğvi 30 ilə yaxın davam etmiş, nəticəsiz vasitəçilik modelinin hüquqi və siyasi cəhətdən tarixə çevrilməsi anlamına gəlir. Minsk qrupunun ləğvi ilə bağlı tələbin Ermənistan tərəfindən uzun süründürməçilikdən sonra qəbul edilməsi iki məqamı göstərir. Birincisi, İrəvan artıq əvvəlki vasitəçilik formatlarının bərpasının mümkün olmadığını anlayır, ikincisi, Ermənistanın regional proseslərdən tam təcrid vəziyyətində qalmaqdan çəkinməsi onu Bakının irəli sürdüyü şərtlərə uyğun davranmağa vadar edir.

Azərbaycan həm Vyana, həm Brüssel, həm Moskva, həm də Vaşinqton formatında aparılan müzakirələrdə münaqişənin artıq bitdiyini, vasitəçilik mexanizmlərinin isə yeni reallıqlara uyğun yenidən qurulmalı olduğunu prinsipial şəkildə bildirərək vahid mövqedən çıxış edib. Nəticədə 57 ölkənin konsensusla qərar qəbul etməsi Azərbaycanın mövqeyinin legitimliyini, beynəlxalq hüquqa əsaslandığını və geniş diplomatik dəstəyə malik olduğunu nümayiş etdirir”.

Deputatın sözlərinə görə, mövcud reallıqlar Ermənistan üçün bir sıra hüquqi-siyasi öhdəlikləri də gündəmdə saxlayır. Bunların arasında iki istiqamət xüsusi strateji əhəmiyyət daşıyır: “Birinci istiqamət, Ermənistan Konstitusiyasının dəyişdirilməsi və Azərbaycana qarşı ərazi iddialarına son qoyulmasıdır. Ermənistan Konstitusiyasının preambula hissəsi bu ölkənin Müstəqillik Bəyannaməsinə istinadən Azərbaycana qarşı ərazi iddialarını əks etdirir ki, bu da sülh sazişinin mahiyyətinə ziddir. Prezident İlham Əliyevin “əks halda sülh sazişinin mənası olmayacaq” fikri Azərbaycanın bu məsələdə qəti və dəyişməz mövqeyini göstərir. Ərazi iddialarına konstitusion səviyyədə son qoyulması sülh müqaviləsinin imzalanması üçün baza şərtdir və bu addımın gecikdirilməsi prosesin yenidən dalana dirənməsi riskini artırır.

İkinci istiqamət, Avropa İttifaqının Ermənistandakı mülki missiyası ilə bağlıdır. Azərbaycan bu missiyanı bölgədə geosiyasi balansı pozan, Ermənistanın təhlükəsizliklə bağlı əsassız mülahizələrini birtərəfli şəkildə qeyri-region ölkələrinə yönəldən və sərhəd məsələlərinin həllinə kənar müdaxilə yaradan mexanizm kimi dəyərləndirir. Bakı dəfələrlə bildirib ki, Ermənistan sülh müqaviləsini imzalamaqda həqiqətən maraqlıdırsa, bu missiyanın davam etməsi məqsədəuyğun deyil. Ermənistanın Aİ missiyasına ehtiyac duyduğunu göstərməsi isə regionda təhlükəsizlik məsələlərinin yalnız üçüncü tərəflərin iştirakı ilə həll edilə biləcəyi kimi yanlış təsəvvür formalaşdırır və prosesi süni şəkildə uzadır”.

Elçin Mirzəbəyli qeyd edib ki, Ermənistanın bu addımları atıb-atmayacağı bir neçə amildən asılıdır. Paşinyan hökumətinin daxili siyasi təzyiqlərlə üzləşməsinə baxmayaraq, həm Vaşinqton razılaşmasının mövcudluğu, həm də ölkənin real alternativ təhlükəsizlik mexanizmlərinə malik olmaması onu Bakının müəyyən etdiyi çərçivə daxilində irəliləməyə məcbur edir. Ermənistan iqtisadi geriləmə, kütləvi miqrasiya və təhlükəsizlik boşluğu fonunda əlavə gərginlik yaratmaq imkanına malik deyil. Bu səbəbdən Konstitusiya dəyişiklikləri və Aİ missiyası ilə bağlı qərarlar qaçılmazdır. Əsas sual onların nə qədər tez və real siyasi iradə ilə həyata keçiriləcəyidir.

“Nəticə etibarilə, Minsk qrupunun ləğvi Azərbaycanın diplomatik müstəvidə daha bir strateji hədəfə çatdığını göstərir və sülh prosesinin yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilməlidir. Ermənistanın qarşıdakı addımları isə sülh müqaviləsinin taleyini, regionun uzunmüddətli təhlükəsizlik modelinin konturlarını və İrəvanın Cənubi Qafqazda davamlı sabitliyin təmin olunmasında maraqlı olub-olmadığını müəyyən edəcək. Azərbaycanın isə hədəfi aydındır: ərazi iddiaları tam və geri dönməz şəkildə ləğv olunmalı, sərhədlərin dəqiqləşdirilməsi prosesi sürətləndirilməli və regionda kənar hərbi-siyasi iştiraka son qoyulmalıdır. Bu tələblər təkcə Azərbaycanın milli maraqlarına deyil, həm də regionda dayanıqlı sülhün və qarşılıqlı etimad mühitinin formalaşmasına xidmət edir”, - deyə deputat vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir