Atlantada etiraz aksiyasının minlərlə iştirakçısı digər irqlərin nümayəndələrinə münasibətdə ədalətli olmağı tələb edir
Vaşinqton, 16 iyun, AZƏRTAC
Polis tərəfindən afroamerikalı Reyşard Bruksun qətlə yetirilməsi ilə bağlı minlərlə nümayişçı Atlantanın mərkəzi ilə ştatın qanunverici orqanının yerləşdiyi Kapitoliya binasına yürüş ediblər.
AZƏRTAC xəbər verir ki, Bruks “Fastfud” tipli “Wendy's” restoranının dayanacağında sükan arxasında olarkən polislərin onun içkili olmasından şübhələnməsi nəticəsində öldürülüb. Corciya ştatının araşdırmalar bürosunun yaydığı videoda Bruksun onu saxlamaq istəyən polisin əlindən elektroşokeri alaraq onları vurmaq cəhdi əks olunub.
Bu hadisə polis tərəfindən Corc Floydun öldürülməsinə görə ABŞ-da bir neçə həftə davam etmiş etirazdan sonra baş verib.
Bazar günü Fulton mahalının tibb eksperti Bruksun ölümünü "qətl" kimi qeydə alıb. Buna səbəb kimi o, Bruksun arxadan vurulan iki güllə yarasından öldüyünü göstərib.
AZƏRTAC-ın Vaşinqton bürosu
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [16:44]
Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb
- 08.10.2026 [16:36]
BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub
- 08.10.2026 [16:30]
Mərakeşdə Fəs Sufi Mədəniyyəti Festivalı təşkil olunacaq
- 08.10.2026 [15:31]
Mərakeşdə VIII Beynəlxalq Aviasiya Sərgisi keçirilir
- 08.10.2026 [15:06]
Rusiya ordusu Kramatorskda avtobusu vurub: 33 nəfər həlak olub
- 08.10.2026 [15:01]