ATLETİKA ÜZRƏ BAKI BİRİNCİLİYİNƏ YEKUN VURULMUŞDUR
AZƏRTAC xəbər verir ki, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında atletika üzrə Bakı birinciliyi keçirilmişdir.
İki yaş qrupu üzrə keçirilmiş turnirdə oğlanlarla bərabər qızlar da mübarizə aparmışlar.
Oğlanların mübarizəsində Kamran Cəlalov və Samir Məmmədov fərqlənmişlər. K.Cəlalov üçtəkanla (15,29 m) və uzunluğa tullanma (6,77 m) yarışlarında birincilik qazanmışdır. S.Məmmədov isə 100 (11,17 saniyə) və 200 metr (22,10 saniyə) məsafələrə qaçışda finiş xəttini hamıdan birinci keçmişdir.
Qızların yarışında isə Valeriya Əzizova 100 metr, Alena Setina isə 200 metr məsafələrə qaçışda birincilik əldə etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]
Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar
- 10.06.2026 [13:07]