Atletika üzrə dünya çempionatında uğurla çıxış edən paralimpiyaçılarımız Vətənə qayıdıblar
Bakı, 2 noyabr, AZƏRTAC
Qətərin paytaxtı Dohada keçirilən paralimpiyaçılar arasında atletika üzrə dünya çempionatında uğurla çıxış edən idmançılarımız Vətənə qayıdıblar.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançılarımızı Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri və azarkeşlər coşqu ilə qarşılayıblar.
Paralimpiyaçılarımız dünya çempionatında ümumilikdə 6 medal və 2016-ci ildə Rio-de-Janeyroda keçiriləcək Paralimpiya Oyunlarına 4 lisenziya qazanıblar.
Xatırladaq ki, Azərbaycan Milli Paralimpiya Komitəsi “Rio-2016” Paralimpiya Oyunlarına 11 lisenziya qazanıb.