ATLETİKA ÜZRƏ ÖLKƏ ÇEMPİONATININ QALİBLƏRİ MƏLUMDUR
Bakı, 6 yanvar (AZƏRTAC). Respublika Olimpiya Mərkəzində gənclər və yeniyetmələr arasında atletika üzrə ölkə çempionatı keçirilmişdir.
Azərbaycan Atletika Federasiyasından bildirmişlər ki, yarışda 123 idmançı iştirak etmişdir.
Pekin Yay Olimpiya Oyunlarında iştirak etmiş Ramil Quliyev 60 metr məsafəyə qaçışda 6,61 saniyə nəticə göstərsə də, fiziki yüklənmədən ehtiyat edərək finalda iştirakdan imtina etmişdir. Nəticədə bu məsafəyə qaçışda Rüstəm Əliyev (7,34 saniyə) birinci olmuşdur.
Böyüklər arasında üçtəkanla uzunluğa tullanma yarışlarında Kamran Cəlilov (15,35 metr) və Ənvər Zeynalov (15,15 metr) 1-2-ci yerləri tutmuşlar.
Qadınlar arasında mübarizədə Alyona Setina (200 metr), Hökümə İbrahimova (400 metr) və 60 metr məsafəyə sədlərlə qaçışda Rəqibə Məmmədova fərqlənmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]
"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]