ATLETLƏR TƏLİM-MƏŞQ TOPLANIŞINA YOLLANACAQLAR
Azərbaycan Ağır Atletika Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, ağır atletika üzrə yığma komanda Lənkərana təlim-məşq toplanışına yollanacaqdır.
Hazırda Milli Aviasiya Akademiyasının idman zalında məşq edən atletlər Lənkərana iyunun sonlarında gedəcəklər. 13 idmançının qoşulduğu məşqlər əsasən Pekin Olimpiadasına hazırlıq məqsədi daşıyır.
Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək 5 idmançıdan ikisinin adı məlumdur. Nizami Paşayev və Əfqan Bayramovun Pekinə gedəcəyi dəqiqdir. Atletlər üçün son sınaq iyunun 22-25- də olacaqdır. Bu zaman daha inamlı təsir bağışlayan atletlər olimpiadada iştirak etmək hüququ qazanacaqlar.
Yığma komanda Lənkərana tam heyət müəyyənləşdikdən sonra gedəcəkdir. Burada təlim-məşq toplanışı 15 günə yaxın davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:28]
UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub
- 11.06.2026 [15:58]
Azərbaycan Badminton Federasiyası Ruandaya idman ləvazimatları göndərib
- 11.06.2026 [15:48]
İTV: Dünya çempionatının bütün oyunları Azərbaycanda canlı yayımlanacaq
- 11.06.2026 [15:12]
Azərbaycan millisinin hücumçusu Madriddə əməliyyat olunub
- 11.06.2026 [15:05]
Neymar Braziliya millisinin dünya çempionatındakı ilk oyununu buraxa bilər
- 11.06.2026 [14:46]
Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
- 11.06.2026 [14:04]