İQTİSADİYYAT
Auditorlar Palatası əsgərlərə yardım paketləri göndərib
Bakı, 2 oktyabr, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycana qarşı planlaşdırılmış təxribatına cavab olaraq qüdrətli Ordumuz bütün cəbhəboyu uğurlu əks-hücum əməliyyatları həyata keçirir və düşmənə sarsıdıcı zərbələr endirir.
Auditorlar Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu gün müstəqil Azərbaycan dövləti güclü orduya sahibdir və Azərbaycan Ordusu dünyanın ən güclü orduları ilə bir sırada öz layiqli yerini tutub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ordunun maddi-texniki təchizatı möhkəmləndirilib, müasir silah və texnikalarla təminatı yüksəldilib. Qəhrəman Ordumuzun cəbhəboyu apardığı uğurlu əməliyyatlarda Auditorlar Palatası cəsarətli əsgərlərimizi dəstəkləyir və onlara yardım paketləri hazırlayaraq N saylı hərbi hissəyə göndərib.