“Australian Open” turnirinin finalında Daniil Medvedev və Rafael Nadal qarşılaşacaqlar
Bakı, 28 yanvar, AZƏRTAC
“Böyük dəbilqə” seriyasından kişilər arasında “Australian Open-2022” turnirinin finalçıları müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, finalda İspaniyalı Rafael Nadal və rusiyalı Daniil Medvedev üz-üzə gələcəklər. İspaniyalı tennisçi yarımfinalda italiyalı Matteo Barrettini (6:3, 6:2, 3:6, 6:3) məğlub edib. Daniil Medvedev isə Yunanıstan təmsilçisi Stefanos Tsitsipasdan üstün olub (7:6, 6:4, 6:4, 6:1).
Turnirdə rusiyalı Daniil Medvedev qələbə qazanarsa, Novak Cokoviç Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) reytinqində liderliyi əldən verəcək. Yarışın ümumi mükafat fondu 54 milyon ABŞ dolları təşkil edir. Mövsümün ilk “Böyük dəbilqə” seriyalı turnirinə yanvarın 30-da yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [14:43]
Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib
- 12.10.2026 [14:27]
Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub
- 12.10.2026 [14:05]
Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib
- 12.10.2026 [13:58]
Bakıda gümüş medal qazanan fransalı cüdoçu: Dünya çempionatı möhtəşəm idi
- 12.10.2026 [13:07]
Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar
- 12.10.2026 [12:54]
Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb
- 12.10.2026 [12:13]
Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır
- 12.10.2026 [12:07]
Tahir Süleymanov: Uşaq futbolunda real nəticələr görmək istəyirik
- 12.10.2026 [11:55]