“Australian Open” turnirinin yarımfinalına son vəsiqəni Novak Cokoviç əldə edib
Bakı, 23 yanvar, Nicat Məmmədov, AZƏRTAC
“Australian Open-2019” turnirinin kişilər arasında dörddəbir final mərhələsinin sonuncu görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, Novak Cokoviç (Serbiya) - Key Nişikori (Yaponiya) qarşılaşması yarımçıq dayandırılıb. Hesab 6:1, 4:1 olarkən yaponiyalı idmançı zədə səbəbindən oyundan çıxıb. Beləliklə, serbiyalı tennisçi Novak Cokoviç yarımfinala vəsiqə əldə edib. Onun yarımfinaldakı rəqibi fransalı tennisçi Lukas Pouille olacaq. Digər yarımfinal oyununda isə ispaniyalı Rafael Nadal və Yunanıstan təmsilçisi Stefanos Tsıtsipas üz-üzə gələcək. Bu mərhələnin oyunları yanvarın 25-də keçiriləcək.
Novak Cokoviç hazırda dünyanın bir nömrəli tennisçisidir. O, Peşəkar Tennis Assosiasiyasının turnirlərində 72 dəfə qalib gəlib. Serbiya millisinin tərkibində “Devis” kubokunu (2010-cu il), Pekin Olimpiadasının fərdi yarışlarında isə gümüş mükafat (2008-ci il) qazanıb.
Serbiyalı tennisçi “Böyük dəbilqə” seriyası turnirlərdə 14 dəfə fərdi kürsünün ən yüksək pilləsinə qalxmağa nail olub. Cokoviç “Australian Open” turnirinin altıqat qalibidir.
Ümumi mükafat fondu 44,5 milyon dollar olan “Australian Open” “Böyük dəbilqə” seriyasının 2019-cu il mövsümündəki ilk turniridir. Turnirə yanvarın 27-da yekun vurulacaq.