AVARÇƏKƏN CAVİD ƏFƏNDİYEV DÜNYA ÇEMPİONATININ DÖRDDƏBİR FİNALINA VƏSİQƏ QAZANMIŞDIR
Bakı, 23 iyul (AZƏRTAC). Çexiyanın Raçitse şəhərində akademik avarçəkmə üzrə gənclər arasında dünya çempionatı başlamışdır. Yarışda Azərbaycanı təmsil edən Cavid Əfəndiyevin seçmə mərhələdə çıxışı uğurlu alınmışdır. 19 yaşlı avarçəkənimiz 1 nəfərlik yüngül çəkili qayıqda 2000 metrlik məsafəni II yerdə başa vuraraq, növbəti mərhələyə yüksəlmişdir.
Əfəndiyevin yer aldığı qrupda Bolqarıstan, Argentina, Venesuela və Ermənistan avarçəkənləri də təmsil olunmuşlar. İdmançımız 1500 metrlik məsafəyədək böyük fərqlə hamıdan öndə olmuşdur. Lakin son 500 metrlik məsafədə bolqarıstanlı Lyubomir Qospodinov onu qabaqlamış, nəticədə Əfəndiyev finişə 7 dəqiqə 27 saniyəyə çataraq ikinci olmuşdur. Sonrakı pillələri isə Argentina, Venesuela və Ermənistan təmsilçiləri tutmuşlar.
Gənclərin dünya birinciliyinə ilk dəfə qatılan Cavid Əfəndiyev göstərdiyi uğurlu nəticə sayəsində Bolqarıstan və Argentina təmsilçiləri ilə birgə dörddəbir finala yüksəlmişdir.
Yarışa iyulun 26-da yekun vurulacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]