AVQUSTUN 31-İ DÜNYADA BLOQ GÜNÜ KİMİ QEYD EDİLİR
Bakı, 31 avqust (AZƏRTAC). 2005-ci ildən etibarən avqustun 31-i dünyada Bloq Günü (BlogDay) kimi qeyd olunur.
Qərbdə yaradılmış bu bayram hələlik elə də populyar deyildir. Lakin buna baxmayaraq ildən-ilə daha çox internet istifadəçisi bu tarix haqqında öyrənir və bloggerləri təbrik edir.
Bloggerlər həmin günü müxtəlif ölkələrdən olan və müxtəlif fikirli həmkarları ilə tanışlığa həsr edir, öz oxucularına bir-birləri haqqında məlumat verirlər. Hər bir blogger öz yazısında 5 müxtəlif tematikalı bloqa istinad edir.
Bayramın məhz avqustun 31-də qeyd olunmasına isə “blog” sözünün 3108 rəqəmi ilə yazılışlarında oxşarlıq səbəb olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.05.2026 [18:07]
Böyük Britaniyanın səhiyyə naziri istefa verib
- 14.05.2026 [16:06]