AVQUSTUN 9-DA BAKIDA BƏDİİ GİMNASTİKA ÜZRƏ DÜNYA KUBOKUNUN NÖVBƏTİ MƏRHƏLƏSİ BAŞLANACAQ
Avqustun 9-da Tbilisi prospektindəki idman-sərgi kompleksində bədii gimnastika üzrə dünya kubokunun növbəti mərhələsi başlanacaqdır. Bu qərar Azərbaycan Milli Olimpiya Komitəsinin, Gənclər, İdman və Turizm Nazirliyinin, ölkəmizin və Beynəlxalq bədii gimnastika federasiyalarının nümayəndələrindən ibarət təşkilat komitəsinin iyulun 15-də keçirilmiş birinci iclasında qəbul edilmişdir. Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, idmançılar ölkəmizə avqustun 7-də gələcəklər, ayın 8-də məşqlər, 9-10-da isə yarışlar keçiriləcəkdir. Yarışlarda 22 ölkədən 110 idmançının iştirakı gözlənilir. Azərbaycanı yarışlarda Dina Qorina, Dinara Gematova və Valeriya Yeqay təmsil edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [17:31]
“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq
- 08.06.2026 [17:15]
Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir
- 08.06.2026 [15:45]
Azərbaycan tennisçiləri beynəlxalq turnir üçün Moldovaya yollanıblar
- 08.06.2026 [14:53]
“Liverpul”dan ayrılan futbolçu “Real Madrid”lə müqavilə imzalayıb
- 08.06.2026 [14:09]
Çimərlik güləşi üzrə millinin baş məşqçisi Vyetnamda təlim keçib
- 08.06.2026 [12:19]