“Avro 2020”: Azərbaycan millisi Macarıstan yığmasına 1:3 hesabı ilə uduzub
Bakı, 8 iyun, Nicat Məmmədov, AZƏRTAC
İyunun 8-də futbol üzrə Azərbaycan millisi “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində “Bakcell Arena”da Macarıstan yığmasını qəbul edib.
AZƏRTAC xəbər verir ki, oyun qonaqların 1:3 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda komandamızın yeganə qolunu matçın 69-cu dəqiqəsində Mahir Emreli vurub.
Hazırda E qrupuna iki oyundan 6 xal toplayan Macarıstan və Xorvatiya milliləri başçılıq edir.
Azərbaycan millisi seçmə mərhələnin üçüncü oyununu iyunun 11-də öz meydanında Slovakiya yığmasına qarşı keçirəcək.
Xatırladaq ki, Avropa çempionatının 60 illik yubileyinə həsr olunan “Avro 2020”nin final mərhələsinin görüşləri 12 şəhərdə keçiriləcək. Çempionatın qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin bir görüşü Bakıda oynanılacaq.
Foto İlqar Cəfərov, Rəşad Mehdiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.02.2026 [13:25]
Azərbaycan karateçisi beynəlxalq turnirdə qızıl medal qazanıb
- 05.02.2026 [12:48]
Superliqa klubu sabiq baş məşqçisini geri qaytara bilər
- 05.02.2026 [12:46]
“Arsenal” 17 yaşlı futbolçu üçün 90 milyon avro ödəməyə hazırdır
- 05.02.2026 [10:47]
Azərbaycan klubu basketbolçusu ilə yollarını ayırıb
- 05.02.2026 [10:36]
NBA: Son çempion səfərdə uduzub
- 05.02.2026 [10:34]
Xosep Qvardiola “Mançester Siti”dən ayrılır
- 04.02.2026 [23:58]