“Avro-2020”: İsveçrəli futbol azarkeşlərinin Bakıya gəlişi ilə bağlı fikir mübadiləsi aparılıb
Bakı, 22 aprel, AZƏRTAC
Aprelin 22-də AFFA-nın inzibati binasında icraçı vitse-prezident Elxan Məmmədov İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Muriel Peneveyre ilə görüşüb.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, görüşdə “Avro-2020”nin Bakıda keçiriləcək oyunlarına İsveçrə milli komandasının, o cümlədən isveçrəli azarkeşlərin gəlişi ilə bağlı müzakirələr, fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, “Avro-2020”nin “A” qrupu çərçivəsində İsveçrə milli komandası Bakı Olimpiya Stadionunda iyunun 12-də Uels, iyunun 20-də isə Türkiyə millisi ilə qarşılaşacaq.