“Avro-2022”: Futzal üzrə millimizin rəqibləri müəyyənləşib
Bakı, 2 sentyabr, AZƏRTAC
Sentyabrın 2-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında futzal üzrə “AVRO-2022”nin seçmə qrup mərhələsinin püşkü atılıb.
AZƏRTAC xəbər verir ki, püşkatma zamanı Azərbaycan millisi “A” səbətində yer alıb. Yığmamız üçüncü qrupda Slovakiya, Moldova və Türkiyə-Yunanıstan cütünün qalibi ilə mübarizə aparacaq.
Qeyd edək ki, komandalar hər birində 4 iştirakçı olmaqla 8 qrupa bölünüb. Yekunda 8 qrup qalibi və ən yaxşı göstəriciyə malik 6 komanda həlledici mərhələyə birbaşa vəsiqə qazanacaq. Ən zəif göstəriciyə malik iki ikinci yerin sahibi isə pley-off görüşündə üz-üzə gələcək. Final mərhələsi 2022-ci il yanvarın 9-dan fevralın 6-dək Niderlandda keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [22:42]
“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!
- 02.10.2026 [22:05]
Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib
- 02.10.2026 [21:38]
Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb
- 02.10.2026 [19:30]
Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir
- 02.10.2026 [18:38]
"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib
- 02.10.2026 [18:32]
“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib
- 02.10.2026 [16:47]