AVRO-2024: Millimiz bu gün Belçika yığması ilə qarşılaşacaq
Bakı, 9 sentyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan milli komandası bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakıda Belçika yığmasını qəbul edəcək. “Dalğa Arena”da keçiriləcək görüş saat 17:00-da start götürəcək. Matçın baş hakimi serbiyalı FIFA referisi Nenad Minakoviç olacaq.
Tarixində beşinci dəfə “qırmızı şeytanlar”la üz-üzə gələcək millimiz əvvəlki dörd oyunun üçündə uduzub, birində isə heç-heçə edib.
Qeyd edək ki, F qrupunda yer alan yığmamız üç oyundan sonra bir xalla sonuncu pillədədir. Aktivində yeddi xalı olan Belçika seçməsi isə ikinci sırada qərarlaşıb.
AVRO-2024, seçmə mərhələ
V tur
F qrupu
17:00. Azərbaycan - Belçika
Baş hakim: Nenad Minakoviç (Serbiya).
Bakı, “Dalğa Arena”
Xal durumu: Avstriya - 10 (4 oyun), Belçika - 7 (3), İsveç - 3 (3), Estoniya - 1 (3), Azərbaycan - 1 (3).
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [14:20]
"Şamaxı" legioner futbolçu ilə vidalaşıb
- 06.06.2026 [13:04]
Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib
- 06.06.2026 [12:37]
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO
- 05.06.2026 [23:59]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:06]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [20:28]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
- 05.06.2026 [20:28]
MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb
- 05.06.2026 [20:20]