Avropa Badminton Konfederasiyasının idarə heyətinin üzvləri “Yanar Dağ” Təbiət Qoruğunda olublar
Bakı, 25 aprel, AZƏRTAC
Avropa Badminton Konfederasiyasının idarə heyəti üzvləri “Yanar Dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna səfər ediblər.
AZƏRTAC xəbər verir ki, qonaqlar ölkəmizin zəngin təbii sərvətləri haqqında ətraflı məlumat alıb, buranın qədim tarixi ilə yaxından tanış olublar.
Tarixi-mədəni irsimiz, incəsənətimi əks etdirən mədəniyyət proqramını maraqla izləyiblər.