Avropa çempionatı: Azərbaycanın 3 yunan-Roma güləşçisi üçün bürünc medal şansı
Bakı, 20 aprel, AZƏRTAC
Azərbaycanın iki yunan-Roma güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
AZƏRTAC xəbər verir ki, İslam Abbasov (87 kiloqram) bolqarıstanlı Semyon Novikova, Beka Kandelaki (125 kiloqram) isə macarıstanlı Darius Vetikə məğlub olub. Hər iki güləşçi aprelin 21-də bürünc medal görüşünə çıxacaq.
Rəşad Məmmədov (55 kiloqram) isə 1/4 finalda uduzduğu rusiyalı rəqibi Emin Seferşayev finala yüksəldiyi üçün 3-cü yer uğrunda təsəlliverici görüş keçirəcək.
Bu gün mübarizəyə qoşulan digər yunan-Roma güləşçiləri Ziya Babaşov (63 kiloqram) və Sənan Süleymanov (77 kiloqram) isə mübarizəni medalsız başa vurublar.
Qeyd edək ki, Azərbaycan aprelin 26-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [22:42]
“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!
- 02.10.2026 [22:05]
Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib
- 02.10.2026 [21:38]
Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb
- 02.10.2026 [19:30]
Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir
- 02.10.2026 [18:38]
"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib
- 02.10.2026 [18:32]
“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib
- 02.10.2026 [16:47]