Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu bürünc medal görüşünə vəsiqə qazanıb
Tbilisi, 16 aprel, AZƏRTAC
Azərbaycanın iki cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatında bürünc medal görüşünə vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, Əhməd Yusifov (60 kiloqram) və Turan Bayramov (66 kiloqram) təsəlliverici görüşlərdə müvafiq olaraq, fransalı Roman Pikard və moldovalı Radu İzvoreanunu məğlub ediblər. Daha əvvəl Şəfəq Həmidova (48 kiloqram) və Balabəy Ağayev (60 kiloqram) yarımfinala yüksəliblər. Könül Əliyeva (48 kiloqram), Gültac Məmmədəliyeva və Leyla Əliyeva (hər ikisi 52 kiloqram) isə turnirlə vidalaşıblar.
Qeyd edək ki, Azərbaycan aprelin 19-dək davam edəcək mötəbər turnirdə 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunur.
Müxbir - Aynur Əlixanlı
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]