Avropa çempionatı: Azərbaycanın üç qadın güləşçisi mübarizəyə başlayır, ikisi qızıl medal qazana bilər
Bakı, 15 fevral , AZƏRTAC
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bu gün Azərbaycanın daha üç qadın güləşçisi mübarizəyə başlayacaq.
AZƏRTAC xəbər verir ki, Jalə Əliyeva (57 kiloqram) və Elis Manolova (65 kiloqram) təsnifat mərhələsində müvafiq olaraq, macarıstanlı Erika Boqnar və yunanıstanlı Nikoleta Barmpa ilə qarşılaşacaqlar.
Birgül Soltanova (62 kiloqram) isə 1/8 finalda norveçli Qreys Bulleni sınağa çəkəcək.
Bu gün həmçinin qadın güləşçilərdən ibarət Azərbaycan yığmasının iki üzvü qızıl medal görüşünə çıxacaq. Mariya Stadnik (50 kiloqram) türkiyəli Evin Demirhanla, Alyona Kolesnik (59 kiloqram) isə ukraynalı Alina Filipoviçlə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempionatını 6 medalla başa vurublar. Nihad Məmmədli (60 kiloqram), Murad Məmmədov (63 kiloqram) və Həsrət Cəfərov (67 kiloqram) qızıl, Rəşad Məmmədov (55 kiloqram), Ülvü Qənizadə (72 kiloqram) gümüş, Beka Kandelaki (130 kiloqram) isə bürünc medalın sahibi olub. Yığma bu göstərici ilə Avropa çempionatında komanda hesabında ikinci yeri tutub.
Azərbaycan fevralın 18-dək davam edəcək turnirdə 25 güləşçi ilə təmsil olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]
“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb
- 08.10.2026 [13:14]