Avropa çempionatı: Şahmatçımız Eltac Səfərli uğurlu çıxışını davam etdirir
Bakı, 31 mart, AZƏRTAC
Sloveniyada kişi şahmatçılar arasında şəxsi Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, şahmatçılarımızdan ən yaxşı nəticəni Eltac Səfərli (3,5 xal) qazanıb. Dörd turun oyunlarından üçünü qələbə, birini isə heç-heçə ilə başa vuran təmsilçimiz 2-17-ci yerləri bölüşür. Digər şahmatçılarımız Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov, Qədir Hüseynov, Aydın Süleymanlı isə üç xalla ön sıralarda qərarlaşıblar.
Bu gün qitə çempionatında beşinci turun oyunları keçiriləcək. Eltac Səfərli ermənistanlı rəqibi Şant Sargsyanla mübarizə aparacaq.
İsveçrə sistemi üzrə təşkil olunan yarış 11 turdan ibarətdir. Turnirin ümumi mükafat fondu 100 min avro təşkil edir. Qitə birinciliyinin nəticələrinə əsasən, 20 şahmatçı 2023-cü ildə keçiriləcək dünya kuboku yarışlarına vəsiqə qazanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:06]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]