AVROPA ƏDALƏTLİ OYUNLAR KOMİTƏSİNİN PREZİDENTİ BAKIYA GƏLİR
Milli Olimpiya Komitəsindən (MOK) AZƏRTAC-a bildirmişlər ki, iyunun 12-də Avropa Ədalətli Oyunlar Komitəsinin prezidenti Karlos Qonsalvesin rəhbərliyi altında nümayəndə heyəti Bakıya gələcəkdir.
Üç gün davam edəcək səfərin məqsədi 2009-cu ilin oktyabrında Azərbaycanda keçiriləcək Avropa Ədalətli Oyunlar Komitəsinin Konqresi və Baş Assambleyası ilə hazırlıq işləri ilə tanış olmaqdır.
Qonaqlar səfər çərçivəsində Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında, eləcə də MOK-da mühazirələr oxuyacaqlar. Həmçinin MOK-un inzibati binasında mətbuat konfransı da keçiriləcəkdir.
Avropa Ədalətli Oyunlar Komitəsinin rəsmiləri Bakıda olarkən paytaxtımızdakı bir sıra idman qurğuları ilə tanış olacaq və bir sıra rəsmi görüşlər keçirəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]
Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar
- 10.06.2026 [13:07]
Azərbaycanlı voleybolçular Serbiyada təlim-məşq toplanışı keçəcəklər
- 10.06.2026 [12:50]