Avropa futbolu: “Barselona” – “Atletiko” oyununda “qol yağışı”, “İnter” “Milan”a rəqib olub
Bakı, 26 fevral, AZƏRTAC
Ötən gecə Avropanın yaşıl meydanlarında maraqlı futbol matçları baş tutub.
AZƏRTAC xəbər verir ki, İspaniya Kral Kubokunun yarımfinal mərhələsində "Barselona" və "Atletiko" komandalarının oyunu kifayət qədər məhsuldar alınıb. Dramatik keçən görüşdə qapılara 8 qol vurulub. Komandalar hərəyə 4 dəfə fərqləniblər. Cavab qarşılaşması aprelin 2-də Madriddə olacaq.
İtaliya Kubokunun 1/4 final mərhələsində "İnter" öz meydanında "Latsio"nu sınağa çəkib. Rəqibinə 2 cavabsız qolla qalib gələn Simone İnzaginin komandası yarımfinalda "Milan"a rəqib olub.
Ötən gün İngiltərə Premyer Liqasında da növbəti görüşlər keçirilib. XXVII turun ilk oyun günündə 4 qarşılaşma baş tutub. "Çelsi" evdə "Sauthempton"a 4:0, "Brayton" "Bornmut"a 2:1, "Kristal Pelas" "Aston Villa"ya 4:1, "Fulhem" isə səfərdə "Vulverhempton"a 2:1 hesabı ilə qalib gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]