Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropa İttifaqı-Azərbaycan münasibətləri: Angela Merkelin səfərinin mümkün geosiyasi nəticələri haqqında

Avropa İttifaqı-Azərbaycan münasibətləri: Angela Merkelin səfərinin mümkün geosiyasi nəticələri haqqında

Almaniya Kanslerinin Azərbaycana səfəri yalnız iki ölkə arasındakı münasibətlərin gələcəyi ilə məhdudlaşmır. Angela Merkelin Cənubi Qafqazın hər üç ölkəsinə səfər etməsi faktı prizmasından mövzunun daha geniş kontekstlə bağlı olduğunu demək olar. Belə görünür ki, A.Merkel bütövlükdə region dövlətləri ilə Avropa İttifaqının münasibətlərinin bir sıra mühüm tərəflərini "sərf-nəzər" etmək məqsədi də güdüb. Bu tezisin fonunda tərəflər arasında əlaqələrin hazırkı dinamikası və yeniləşmə perspektivinin təhlili kifayət qədər aktual görünür. A.Merkelin səfərindən sonra Aİ-Azərbaycan münasibətlərində hansı mümkün geosiyasi dəyişikliklər baş verə bilər?

Reallıqla üz-üzə: Brüsselin Cənubi Qafqazda fəallaşmaq planı

Hazırda Avropa İttifaqının üzləşdiyi siyasi, geosiyasi və maliyyə-iqtisadi böhran şəraitində inkişaf perspektivlərini müəyyənləşdirməsi həyat əhəmiyyətli məsələyə çevrilib. Vaşinqtonun son zamanlar öz ənənəvi tərəfdaşlarına qarşı atdığı addımlar bu məsələni daha da kəskinləşdirib. İndi Brüsseldə açıq bəyan edirlər ki, Avropa taleyini ABŞ-a etibar edə bilməz. Almaniya rəhbərliyi bu barədə bir neçə ildir ki, fikir bildirir. Artıq Fransa da eyni məntiqlə düşündüyünü ifadə edir. Aİ-nin iki böyük dövlətinin bu mövqeyi avtomatik olaraq təşkilatın gələcək taleyi ilə bağlı maraqlı sualları meydana çıxarır.

Hər şeydən öncə, Brüssel qlobal miqyasda oynaya biləcəyi yeni rolun konkret müddəalarını müəyyənləşdirməlidir. Bu bağlılıqda o, iqtisadi-ticari inkişafın başlıca istiqamətlərini, strateji tərəfdaşları ilə münasibətlərin məzmununu və təhlükəsizliyin təmininin dəqiq ssenarilərini işləyib hazırlamalıdır. Müşahidələr göstərir ki, Brüssel son dövrlərdə məhz bu istiqamətlər üzrə ciddi fəaliyyətə başlayıb.

Vurğulanan kontekstdə Aİ-Azərbaycan münasibətlərinin bugünkü vəziyyəti və inkişaf perspektivləri də böyük aktuallıq kəsb edir. Bunu Aİ rəhbərliyinin özü açıq ifadə etməkdədir. Aİ Cənubi Qafqazda əsas tərəfdaşının Azərbaycan olduğunu dəfələrlə bəyan edib. Almaniyanın Federal Kansleri Angela Merkel də Azərbaycana ilk rəsmi səfəri zamanı eyni fikri bəyan edib. Xanım Merkel Azərbaycan Prezidenti ilə birgə keçirdiyi mətbuat konfransında deyib: "Bizim ikitərəfli münasibətlərimiz onunla xarakterizə olunur ki, bu regionda Azərbaycanın simasında ən böyük, ən vacib ticarət tərəfdaşımız var. Azərbaycanda xarici ticarət palatamız var, burada 150 alman müəssisəsi fəaliyyət göstərir" (bax: Azərbaycan Prezidentinin və Almaniyanın Federal Kanslerinin birgə mətbuat konfransı olub / AZƏRTAC, 25 avqust 2018).

Təbii ki, Aİ üçün Azərbaycanın əhəmiyyəti yalnız iqtisadi-ticari aspektlə məhdudlaşmır. Brüssel Bakının regional əməkdaşlıq, təhlükəsizliyin təmini, enerji təminatı kimi sferalarda da oynadığı aktiv rolu ciddi surətdə nəzərə alır. Bunların hər biri haqqında İlham Əliyev-Angela Merkel görüşündə danışılıb və ortaq fikrə görə, münasibətlərin inkişafı hər iki tərəf üçün faydalıdır. Bununla bağlı A.Merkelin ifadə etdiyi fikirlər maraqlıdır. Almaniyanın Kansleri bəyan edib: "Azərbaycan Avropa İttifaqının enerji şaxələndirilməsində də güclü bir amildir və Cənub Qaz Dəhlizinin açılması Avropanın enerji təminatında böyük rol oynayacaq. Biz Azərbaycanda Bakı-Tbilisi-Qars dəmir yolunun açılmasını yüksək qiymətləndiririk ... Biz regionun təhlükəsizliyi haqqında da danışdıq. Azərbaycanın coğrafi vəziyyəti çox maraqlıdır, yəni, bir tərəfdən Rusiya, bir tərəfdən İranla əhatə olunub, Türkiyə ilə əlaqələri var. Biz bu fikirlə razıyıq ki, münaqişələr sülh, danışıqlar yolu ilə həll olunsun və bu regionda mövcud olan bütün münaqişələr sülh yolu ilə həll edilməlidir" (bax: əvvəlki mənbəyə).

Vurğulanan fikirlərə daha geniş kontekstdə yanaşdıqda, A.Merkelin faktiki olaraq Brüsselin Azərbaycanın regionda oynadığı geosiyasi, iqtisadi, enerji və təhlükəsizlik roluna münasibətini ifadə etdiyini görürük. Əhəmiyyətlidir ki, bu sferaların hər birində Aİ Azərbaycanı regionun həlledici dövləti kimi qəbul edir. Bu, Aİ-nin Azərbaycanın geosiyasi, iqtisadi, nəqliyyat və təhlükəsizlik sahəsində roluna vəhdət halında baxmasında öz təsdiqini tapır. Müqayisə üçün qeyd edək ki, bu mövqeni Kansler nə Gürcüstanda, nə də Ermənistanda nümayiş etdirmədi. Orada lokal məsələlərdən bəhs olundu və daha çox ümumi səviyyədə xoş məzmunlu fikirlər ifadə olundu. Bu məqam özünü daha çox Ermənistanın Aİ ilə münasibətləri təqdim edilərkən göstərdi. A.Merkel "ümid etdiyini", "müəyyən imkanların olduğunu", "indi reallaşmasa da, gələcəkdə mümkün ola biləcəyi" kimi ifadələr işlətdi. Sonuncu fikir birbaşa Aİ-Ermənistan əlaqələrinə aid idi.

Məlumatlı insanlar bilirlər ki, bu cür cümlələri diplomatik etiket xatirinə və arzu olunan vəziyyətin yaranması üçün işlədirlər. Ortada isə hələlik konkret bir fakt yoxdur. Azərbaycanda A.Merkelin ifadə etdiyi fikirlərdən görünür ki, Almaniyanın Cənubi Qafqazda ciddi əməkdaşlıq etdiyi ölkə məhz Azərbaycandır. Bu fakt bizə belə nəticə çıxarmağa əsas verir ki, Almaniya Kanslerinin Azərbaycana səfəri daha çox Aİ-Azərbaycan münasibətlərini yeni strateji səviyyəyə yüksəltməyə xidmət edir. Yəni məsələ yalnız Almaniyanın maraqları ilə məhdudlaşmır. Brüssel istərdi ki, Azərbaycan onun regionda başlıca strateji tərəfdaşı olaraq qalsın.

Azərbaycan faktoru: Aİ hansı seçimi edəcək?

Səfərin bu aspekti təsadüfən aktuallaşmayıb. Burada Cənubi Qafqazın geosiyasi məkan olaraq qlobal miqyasda əhəmiyyətinin daha da artması başlıca rol oynamaqdadır. Bunu təsdiq edən qlobal və regional miqyaslı proseslər vardır. Həmin sırada ABŞ və Rusiyanın müxtəlif regionlarda geosiyasi nüfuz uğrunda mübarizəsinin daha da intensivləşməsi xüsusi yer tutur. Yaxın Şərqlə yanaşı, Cənubi Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropada da bu məqam özünü daha qabarıq göstərməyə başlayıb. Xüsusilə Suriya məsələsi fonunda bu məsələ çox aktual təsir bağışlayır.

Digər faktor Aİ-nin özünün qonşuluq siyasətində düzəlişlər etmək zərurəti ilə üz-üzə qaldığını dərk etməsi ilə əlaqəlidir. Brüssel artıq anlayır ki, Azərbaycan kimi müstəqil siyasət yeridən ölkələrlə ənənəvi dildə danışmaq faydasızdır. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti Aİ ilə münasibətlərdə Bakının təşəbbüsü ilə hazırlanan yeni əməkdaşlıq sənədinin böyük rol oynadığını və münasibətlərin gələcəyinin ondan asılı olduğunu bir daha açıq bəyan edib. Dövlət başçısı ifadə edib: "Bu il Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq prioritetləri sənədi imzalanmışdır və böyük saziş üzərində çox konstruktiv şəkildə iş aparılır. Ümid edirəm ki, danışıqlar yaxın zamanlarda uğurla başa çatacaq və Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni dövr başlanacaqdır" (bax: əvvəlki mənbəyə).

Yəni söhbət faktiki olaraq Aİ ilə Azərbaycan arasındakı strateji tərəfdaşlığın "yol xəritəsi"ndən gedir. Bu isə onu göstərir ki, Azərbaycan regionun lideri kimi ciddi geosiyasi imicə malikdir. Almaniya üçün bu məqamın həlledici əhəmiyyəti vardır. Bu bağlılıqda Prezident İlham Əliyevin aşağıdakı fikirləri böyük strateji məna kəsb edir. Ölkə rəhbəri bəyan edib: "Əminəm ki, bu səfər nəticəsində Almaniya-Azərbaycan əlaqələri sürətlə inkişaf edəcək, bu səfər əlaqələrimizə yeni təkan verəcəkdir" (bax: əvvəlki mənbəyə).

Nəhayət, digər məqam kimi Xəzərin hüquqi statusunun müəyyən edilməsini göstərmək olar. Brüssel bu məsələnin həll edilməsi ilə qarşıya yeni əməkdaşlıq perspektivlərinin çıxdığının fərqindədir. Bu bağlılıqda təsadüfi deyil ki, almaniyalı jurnalistlərdən biri Türkmənistan neft və qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqlinin mümkünlüyü haqqında sual verib.

Təbii ki, Aİ-Azərbaycan münasibətlərinin gələcəyində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi prinsipial rol oynayacaq. Bu, Bakıda A.Merkelə də açıq hiss etdirildi. Azərbaycan ərazi bütövlüyünün təminindən zərrə qədər də kənara çəkilmək fikrində deyil. Hələlik A.Merkel ümumi səviyyədə sülhdən və danışıqlardan bəhs edir. Ancaq hamı bilir ki, konkret addımlar atılmasa, Almaniyanın regiondakı mövqeyi sabit qala bilməyəcək. Brüsselin Cənubi Qafqaz strategiyasında bu məqamın ayrıca yer tutmasına böyük ehtiyac meydana gəlib. Demokratiyanın inkişaf etdirilməsi, insan hüquqları və əsas azadlıqların təmini və s. kimi məsələlərə də bu münaqişənin həlli perspektivi müstəvisində nəzər salmaq gərəkdir. Belə ki, öz yurdundan qovulmuş yüzminlərlə azərbaycanlının hüquqları dərhal təmin edilməlidir, onlar evlərinə qaytarılmalıdırlar. Brüssel bu zərurəti sözdə deyil, əməldə dərk etməyincə, Aİ-nin Cənubi Qafqaz siyasətinin perspektivindən yalnız nəzəri olaraq bəhs etmək mümkün olacaq.

Beləliklə, Almaniyanın Federal Kansleri Angela Merkelin Azərbaycana səfərinin Aİ-Azərbaycan münasibətlərinin taleyinə sözün həqiqi mənasında ciddi təsiri ola bilər. Bu münasibətlərin inkişafı üçün yeni fürsətlər meydana çıxar. A.Merkel Bakıda apardığı müzakirələrdə əmin oldu ki, regionun lider dövləti ilə münasibətləri beynəlxalq hüququn prinsiplərinə uyğun inkişaf etdirməkdən başqa yol yoxdur. Digər məqamlarla yanaşı, Aİ-nin Cənubi Qafqazdakı geosiyasi rolu birbaşa həmin faktordan asılıdır.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Yasamal və Qaradağın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib

Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH