AVROPA İTTİFAQI TRANSXƏZƏR QAZ KƏMƏRİ TİKİNTİSİNİ DƏSTƏKLƏYİR
Piebalqs təntənəli mərasimdəki çıxışında söyləmişdir ki, Aİ yeni qaz kəmərinin tikintisini təkcə siyasi baxımdan deyil, həm də texniki cəhətdən dəstəkləyəcəkdir.
Gözlənilir ki, 3 min kilometrlik bu magistralın əsas maliyyəçisi Aİ, ümumi dəyəri isə 5,8 milyard dollar olacaqdır. Bu kəmərlə mavi yanacağı ən tezi 2012-ci ildə nəql etmək nəzərdə tutulur.
Aİ ümidvardır ki, təbii qaz Transxəzər kəməri ilə Türkmənistan, Qazaxıstan, Azərbaycan və Rusiyadan Avropaya nəql olunacaqdır. Magistralın qərb hissəsi Gürcüstanın qərb sərhədindən Türkiyə, Bolqarıstan, Rumıniya və Macarıstan vasitəsilə Avstriyaya uzanacaqdır.
İraqdan və İran körfəzi ölkələrindən, ola bilsin, İrandan gələn cənub qolunun da bu qaz kəmərinə qoşulacağı istisna edilmir.