Avropa İttifaqının Tbilisidə keçirilən beynəlxalq konfransı davam edir
Tbilisi, 5 dekabr, AZƏRTAC
Dekabrın 5-də Tbilisidə “Avropa İttifaqı və tərəfdaşları: daha güclü birlik naminə müxtəlifliyin əhatə olunması” mövzusunda beynəlxalq konfrans işini davam etdirir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Avropa İttifaqı ilə tərəfdaşları arasında, eləcə də "Şərq tərəfdaşlığı" ölkələri və namizəd dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Çıxışlarda Avropanın özündə və regionda gedən proseslər, regional münaqişələr, enerji sahəsində əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.
İclasda Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxış edəcək.
Konfransda, həmçinin Avropa İttifaqının xarici siyasəti və Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətləri geniş müzakirə olunacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi