Avropa Komissiyası dronlara qarşı hava hücumundan müdafiə sistemini gücləndirir
Brüssel, 21 fevral, AZƏRTAC
Avropa Komissiyası (AK) Brüsseldə yerləşən mənzil-qərargahında pilotsuz uçan aparatlardan müdafiə sistemi quraşdırmağa hazırlaşır.
AZƏRTAC “Politico” nəşrinə istinadla xəbər verir ki, bu barədə Komissiyanın adının çəkilməsini istəməyən bəzi mənbələri məlumat yayıb.
“Müdafiəsi güclü olmayan dövlət idarələrinin birbaşa yaxınlığında həyata keçirilən sanksiyalaşdırılmamış dron uçuşları potensial təhlükə yarada bilər”, – nəşr anonim mənbənin sözlərindən sitat gətirir.
Mənbənin bildirdiyinə görə, Komissiya Belçikanın digər maraqlı tərəfləri və rəhbər qurumları ilə birlikdə bu təhlükənin aradan qaldırılması üçün mümkün tədbirləri nəzərdən keçirir.
Mənbənin məlumatına əsasən, Avropa Komissiyası öz mənzil-qərargahının müdafiə edilməsini təmin edən avadanlığın tədarükünü həyata keçirə biləcək şirkətlərin axtarışına başlayıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]