Avropa Komissiyası Macarıstanla bağlı mövqeyini yumşaldır
Budapeşt, 2 mart, AZƏRTAC
Macarıstan hökuməti Avropa İttifaqı fondlarından 2 milyard avro vəsaitin blokdan çıxarılmasına nail olub.
AZƏRTAC “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Stefan de Keersmaker bəyan edib. Onun sözlərinə görə, Macarıstan tərəfi təhsil və gender bərbərliyi ilə bağlı olan bir sıra şərtləri yerinə yetirdikdən sonra Avropa Komissiyası maliyyə vəsaitlərinin blokdan çıxarılması üzrə qərar qəbul edib. Jurnalistlər qeyd edirlər ki, həmin vəsaitlər Avropa İttifaqının bir ildən də çox əvvəl Macarıstana ayırmadığı 30 milyard avrodan artıq pulun bir hissəsidir.
Stefan de Keersmaker deyib: “Budapeştin yerinə yetirdiyi şərtlər qanunun aliliyi ilə bağlı narahatlıqlar və ya maliyyənin “dondurulmasının” əsas şərti olan digər pozuntularla bağlı deyildi”.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:43]
Pakistan “Fətah-2” raketinin sınağını keçirib
- 13.10.2026 [16:25]
Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək
- 13.10.2026 [16:02]
Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb
- 13.10.2026 [16:01]