AVROPA KOMİSSİYASININ TASİS LAYİHƏLƏRİ MENECERLƏRİNİN AZƏRBAYCANA SƏFƏRİ BAŞA ÇATMIŞDIR
R. MakQovan “Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinə dəstək” layihəsinin rəsmi açılışında iştirak etmiş, “Tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişin gerçəkləşdirilməsinə yardım – Faza-11” layihəsinin həyata keçirilməsi ilə bağlı bir sıra məsələləri müzakirə etmişdir.
B. Persson dövlətlərarası “TASİS milli Əlaqələndirmə bürolarına
dəstək” layihəsinin həyata keçirilməsinin gedişi ilə tanış olmuş, L. Kalkanyo isə “Vergi sisteminin modernləşdirilməsi” layihəsinin rəsmi açılışında iştirak etmiş və Azərbaycan Nazirlər Kabineti aparatının struktur dəyişikliyinə dair layihənin reallaşdırılmasının gedişi ilə tanış olmuşdur.
Avropa Komissiyasının nümayəndələri AB-nin Azərbaycana texniki yardım proqramlarının milli əlaqələndiricisi, iqtisadi inkişaf naziri Fərhad Əliyevlə, ƏB-nin icraçı direktoru Əsgər Ələkbərovla da görüşmüşlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:52]
Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]