Avropa Kuboku: "Kür" Mingəçevirdə İtaliyanın “Jomi Salerno" klubunu qəbul edir
Mingəçevir, 23 sentyabr, Leyla Muradzadə, AZƏRTAC
Mingəçevirin qadın həndbolçulardan ibarət "Kür" komandası bu gün Avropa Kubokunda ilk oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, “Kür” komandası Avropa Həndbol Federasiyasının Avropa Kuboku çərçivəsində İtaliyanın “Jomi Salerno" klubunu qəbul edir.
Oyun Gənclər və İdman Nazirliyinin feysbuk səhifəsində və yutub kanalında canlı yayımlanır.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşma sabah keçiriləcək.