Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropa Parlamentinin son bəyanatı Ermənistana növbəti zərbədir

Avropa Parlamentinin son bəyanatı Ermənistana növbəti zərbədir

Bakı, 15 iyun, AZƏRTAC

Dünyada baş alıb gedən ikili standart və bəzi beynəlxalq təşkilatların ölkəmizə qarşı qərəzli münasibəti Ermənistanın işğalçı siyasətini davam etdirməyə şərait yaradır və işğalçı ölkəni daha da azğınlaşdırır. Beynəlxalq hüququn norma və prinsiplərinin təcavüzkar Ermənistan tərəfindən açıq şəkildə pozulmasına laqeyd münasibət, bu vaxta qədər hələ də bu ölkəyə sanksiyaların tətbiq edilməməsi haqlı narazılıqlar yaradır. Bütün bunlara baxmayaraq, Azərbaycan dövlətinin yeritdiyi düşünülmüş xarici siyasət nəticəsində beynəlxalq təşkilatlar əsl reallığı etiraf etmək məcburiyyətində qalır, Ermənistanın işğalçı siyasətini pisləyir və bu barədə qətnamə də qəbul edirlər.

Yaxın günlərdə Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurandın, Azərbaycan üzrə məruzəçisi Jelena Zavkonun, Ermənistan üzrə məruzəçisi Trayan Baseskunun Ermənistan ilə Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə bəyanatı işğalçı ölkəyə növbəti zərbə oldu. Yəni, Avropa Parlamenti Ermənistanın işğalçı siyasətinə açıq şəkildə etirazını bildirdi və bu barədə bəyanat qəbul etdi. Həmin bəyanatla Avropa Parlamenti bir daha Azərbaycanın ərazi bütövlüyünü tanıdığını təsdiqlədi. Bəyanatda magistral yolun çəkilişi üçün Ermənistanın Azərbaycanın müvafiq dövlət qurumlarından icazə almamasının beynəlxalq hüququn pozulması kimi əks etdirilməsi ilə Avropa Parlamenti faktiki olaraq Dağlıq Qarabağın həm coğrafi, həm də siyasi-hüquqi sahibinin Azərbaycanın olduğunu qəbul etdi.

Bu fikirləri AZƏRTAC-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Ç.Qənizadə deyib ki, hazırda Ermənistanda siyasi böhran getdikcə dərinləşir. Nikol Paşinyanın ölkəyə rəhbərliyindən sonra vəziyyət getdikcə pisləşir. Bunun acı nəticələr verəcəyini yaxşı bilən işğalçı ölkənin baş naziri əhalinin fikrini ölkədən yayındırmaq üçün tez-tez işğal altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfərlər edir, bu ərazidə beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan saxta “prezident seçkiləri”nin keçirilməsində iştirak edir və sərsəm bəyanatlar verir. Artıq Paşinyan yaxşı bilir ki, onun hakimiyyətinin ömrünə çox qalmayıb. Bunu son vaxtlar ölkədə bir-birinin ardınca verilən istefalar da təsdiqləyir. Əgər o, vaxtında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində irəliyə doğru bir addım atsaydı, beynəlxalq hüququn norma və prinsiplərinə əməl etsəydi və qonşu dövlətlərlə münasibətləri normallaşdırsaydı, vəziyyət bu həddə çatmazdı. Ancaq bütün bunları etməyə onun nə siyasi təfəkkürü, nə savadı, nə də qabiliyyəti çatdı. Digər tərəfdən, Ermənistanda terrorçuluq meyillərinə, faşist ideologiyasına hüsn-rəğbətin çox güclü olması, hətta Paşinyanın babasının da nasist olması Ermənistanın işğalçı siyasətindən əl çəkməməsinə, silahlı qüvvələrin sərhədboyu ərazilərdə təxribatlar törətməsinə, günahsız insanları qətlə yetirməsinə rəvac verir. Nikol Paşinyan nasist babasının yolunu açıq şəkildə davam etdirir. Yerli əhalinin ölkəni bürüyən aclıq və səfalətdən, işsizlikdən, orduda baş verən ölüm hallarından diqqətini yayındırmağa cəhd edən baş nazirin Ermənistanın Dağlıq Qarabağı birləşdirən üçüncü yolun çəkilişinə cəhd göstərməsi əbəs deyil. Azərbaycan Ordusunun 2016-cı və 2018-ci illərdə həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində 25 ildən artıq işğal altında qalmış minlərlə hektar ərazini azad etməsi, strateji əhəmiyyət kəsb edən yüksəkliklərə nəzarəti ələ keçirməsi, dörd gün davam edən döyüşlərdə Ermənistan ordusunun darmadağın edilməsi ölkədə ciddi narahatlığa səbəb olub. Ona görə də Paşinyan Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən yolun çəkilməsi fikrinə düşüb və bununla hərbi manevrə, qanunsuz məskunlaşdırmanı davam etdirməyə, təbii sərvətlərin talanına, istismarına, daşınmasına, narkotik vasitələrin tranzitinin gücləndirilməsinə nail olmağa cəhd etmək istəyir. Nikol Paşinyanın üçüncü magistral yolun çəkilməsi cəhdləri Ermənistanın qeyri-qanuni işğalçılıq siyasətindən əl çəkməməsi, bu yollarla status-kvonu saxlamaq və Azərbaycan ərazilərinin ilhaqını davam etdirmək məqsədi daşıyır. Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə zidd əməlləri onun beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə də ziddir.

Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədrinin, həmçinin Azərbaycan və Ermənistan üzrə məruzəçilərinin imzaladıqları bəyanat işğalçı ölkəyə növbəti zərbə oldu. Yeri gəlmişkən, mən Milli Məclisin deputatı olarkən, Azərbaycan parlamenti tərəfindən Avropa Parlament Əməkdaşlıq Komitəsinin üzvü olmuşam və beynəlxalq tribunalarda Ermənistanın işğalçı siyasəti, törətdiyi terror aktları, sərhədboyu ərazilərdə günahsız Azərbaycan vətəndaşlarının qətlə yetirilmələri barədə dəfələrlə məlumat vermişəm. Ümumiyyətlə, Avropa təsisatları və nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanın işğalçı siyasətini pisləyən, işğal altında olan ərazilərdən silahlı qüvvələrin qeyd-şərtsiz çıxarılması barədə dəfələrlə qətnamələr qəbul ediblər. İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, Avropa İttifaqı, ATƏT və digər nüfuzlu təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını tələb edən qətnamə və qərarlar qəbul ediblər. BMT Təhlükəsizlik Şurasının, Qoşulmama Hərəkatının üzvlərinin qətnamə və bəyanatları işğalçı ölkəyə ünvanlanmış konkret çağırış və tələblərdir. Avropa İnsan Haqları Məhkəməsi 2015-ci il iyunun 16-da "Çıraqov və başqaları Ermənistana qarşı” işi ilə bağlı çıxarılan qərar, hətta Ermənistan üzərinə maliyyə sanksiyasının qoyulması işğalçı ölkəyə ciddi zərbə oldu.

Avropa Parlamentinin bu il yanvarın 15-də Strasburqda keçirilən plenar sessiyasında böyük səs çoxluğu ilə qəbul edilmiş “Birgə Xarici və Təhlükəsizlik Siyasətinin həyata keçirilməsi üzrə illik məruzə” adlı qətnaməni xatırlatmaq istərdim. Həmin qətnamənin 36-cı bəndində Avropa İttifaqı Şərq Tərəfdaşlığının bütün üzv dövlətlərinin suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyinə dəstəklə bağlı öhdəliyini növbəti dəfə təsdiqləyib. Bu qətnamə böyük siyasi məna daşıyır. Çünki həmin sənəddə ərazi bütövlüyü məsələsi beynəlxalq səviyyədə tanınmış sərhədlər ifadəsi ilə birgə təqdim edilir. Sənəddə Şərq Tərəfdaşlığı ərazisindəki bütün münaqişələrlə bağlı vahid yanaşma nümayiş etdirilərək onların beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həllinə, münaqişədən əziyyət çəkənlərə, o cümlədən qaçqın və məcburi köçkünlərə dəstəyin artırılmasına dair çağırış əksini tapıb. Qətnamədə Aİ-nin 2016-cı ildə qəbul edilmiş Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiya sənədinə və Şərq Tərəfdaşlığı ölkələrinin 2017-ci il Brüssel Zirvə görüşünün yekun sənədinə istinad olunur.

Xatırladaq ki, Avropa İttifaqının Qlobal Strategiya sənədində dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı Avropanın təhlükəsizliyinin mühüm elementi kimi qiymətləndirilib. 2017-ci il Brüssel Zirvə görüşünün yekun sənədində də eynilə bütün Şərq Tərəfdaşlığı dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə birmənalı dəstək ifadə olunub.

Faktlar da təsdiqləyir ki, Ermənistanın işğal siyasəti beynəlxalq təşkilatlar tərəfindən ifşa olunur. Dünya ictimaiyyətinin daha qətiyyətli addımlar atmasını təmin etmək məqsədilə Azərbaycan dövləti beynəlxalq tribunalardan kifayət qədər məharətlə istifadə edir. Məhz bunun nəticəsidir ki, indi Ermənistanın işğal siyasətini pisləyən ölkələrin və təşkilatların sayı artmaqda, bu istiqamətdə yeni-yeni sənədlər qəbul edilməkdədir. Elə Ermənistanda ciddi narahatlıq predmetinə çevrilən məqamlardan biri də Azərbaycanın beynəlxalq müstəvidə bir-birinin ardınca diplomatik uğurlar qazanmasıdır. Prezident İlham Əliyev ən mötəbər tədbirlərdə də qəti olaraq bildirib ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və münaqişə yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub