AVROPA ŞURASININ TƏMSİLÇİLƏRİ İLƏ GÖRÜŞ
Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda Avropa Şurasının Cənubi Qafqaz ölkələri üzrə insan hüquqları baş direktorluğunun şöbə müdiri Krziştof Ziman, Kolumbiya Universitetinin icraçı direktoru Edvin Rekoş, AŞ-nin beynəlxalq və Avropa hüququ üzrə məsləhətçisi Ceremi Makbrayd ilə görüş keçirilmişdir.
İnstitutun direktoru Rövşən Mustafayev respublikamızda insan hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlərdən, Azərbaycanın Avropaya inteqrasiyası ilə bağlı aparılan hüquqi islahatlardan, ölkəmizdə ombudsman təsisatının yaradılmasından danışmış, Ermənistanın təcavüzü nəticəsində yerindən-yurdundan didərgin düşmüş 1 milyondan çox azərbaycanlı qaçqının-köçkünnün hüquqlarının qorunmasının vacibliyini vurğulamışdır.
Qonaqlar görülən işləri yüksək qiymətləndirmiş, tövsiyələrini bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [23:11]
Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb
- 27.09.2026 [17:50]